Icma.az
close
up
RU
Şəhid və qazilərin binası problem içində

Şəhid və qazilərin binası problem içində

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdəki şəhid və qazi ailələrinin həyat şəratinin yaxşılaşdırılması müvafiq qurumların fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

Bu gün Abşeron rayon Şəfəq qəsəbəsindən redaksiyamıza daxil olan məlumata görə, şəhid, qazi ailələri və əlillər üçün verilmiş binada yaşayan sakinlər müxtəlif problemlə üzləşiblər.

Məsələ ilə bağlı Abşeron rayon Şəfəq qəsəbəsi 41-ci binanın sakini şəhid Aydın Əliyevin atası Nəriman Əliyevlə əlaqə saxladıq.

Nəriman Əliyev “Cebheinfo.az”-a bildirib ki, onların yaşadığı binada şəhid ailələri, qazilər və əlillər məskunlaşıblar:

“Problem məhz liftlə bağlıdır. Bir aydır ki, binanın lifti işləmir. Bir neçə dəfə “JEK”-ə (“JEK” kimi tanınan Mənzil-Kommunal İstismar Sahəsi) müraciət etdik. Sakinlərə isə “JEK”dən bildirilib ki, iftin mühərriki yanıb, ən yaxşı halda gələn ilin yanvarında düzələ bilər. Bundan sonra yazılı surətdə Abşeron rayon İcra Hakimiyyətinə müraciət ünvanladıq.

Bir həftədən artıq müddət keçib, cavab yoxdur. Hazırda çox pis bir vəziyyət yaranıb, baxan yoxdur. Təxminən 3 ildir ki, bu binaya köçmüşəm. Su sistemində bir dəfə olsa belə, dezinfeksiya işi aparılmayıb.

Kanalizasiya sistemi də çox bərbad vəziyyətdədir. Ən azı həftədə bir dəfə öz vəsaitimiz hesabına zirzəmiyə toplanan suyu çəkdiririk. İki-üç gün keçməmiş təkrarən su zirzəmiyə yenidən toplanır. Hansı quruma müraciət etsək də, baxan yoxdur, çox pis vəziyyətdəyik”.

Məsələ ilə bağlı Mənzil Kommunal İstismar İdarəsinin rəisi Vüqar Burcəliyev isə bildirib ki, zirzəmi ilə bağlı yaranan problemi özləri həll edir:

“Hazırda zirzəmidə su yoxdur. O ki qaldı liftin probleminə, liftin mühərriki yanıb. Bu da sakinlərin özünün ehtiyatsızlığından baş verib. Liftlə düzgün istifadə etmədiklərinə görə, bu problem yaranıb. Bununla bağlı biz Abşeron Rayon İcra Hakimiyyətinə lazımi məlumat vermişik. Yaxın günlərdə lift təmir olunacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri