Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Şəhidi uca tutmaq onun adını qayalara yazmaq deyil Deputat

Şəhidi uca tutmaq onun adını qayalara yazmaq deyil Deputat

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid adı bizim üçün adi bir ad deyil. Bu adın arxasında bir ömür, bir ailənin ağrısı, Vətən uğrunda göstərilən böyük fədakarlıq dayanır. Ona görə də şəhidlərimizin adını yaşatmaq, xatirəsini qorumaq hər birimizin borcudur.

Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov sayta açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bu gün müxtəlif yerlərdə şəhidlərimizin adlarına, şəkillərinə rast gəlirik. İnsanların onları unutmadığını, adlarını yaşatmaq istədiyini görmək təqdirəlayiqdir. Şəhidin xatırlanması, onun haqqında danışılması, adının gələcək nəsillərə çatdırılması çox vacibdir.

"Amma bunun da bir həddi, bir qaydası olmalıdır. Şəhidə hörmət etmək onun adını qarşıya çıxan hər qayanın, daşın və ya tarixi tikilinin üzərinə yazmaq demək deyil.

Bəzən bunu edən insanın niyyətində pislik olmur. Əksinə, o, şəhidə olan sevgisini və hörmətini göstərmək istəyir. Lakin yaxşı niyyət belə tarixi və mədəni irsimizə zərər vuran hərəkətə haqq qazandırmır.

Tarixi abidələrin, qədim qayaların və tikililərin üzərinə yazı yazmaqla biz bir tərəfdən şəhidin adını yaşatmağa çalışarkən, digər tərəfdən öz tariximizə zərər verə bilərik.

Şəhidlərin adlarını yaşatmağın kifayət qədər gözəl və layiqli yolları var. Onların adını məktəblərə, küçələrə, parklara vermək, xatirə lövhələri və memoriallar yaratmaq, həyat yollarını öyrənmək və öyrətmək mümkündür.

Ən əsası isə şəhidlərin adını daşlara yox, yaddaşımıza yazmalıyıq".

C. Məmmədov qeyd edib ki, şəhidin adını övladımıza öyrətmək, onun həyatından danışmaq, şəhid ailəsinə hörmət göstərmək, Vətənə münasibətimizlə onun adına layiq olmağa çalışmaq — əsl ehtiram budur.

"Tarixi abidələr də bizim yaddaşımızdır. Qədim daş, qaya, bina və digər tarixi məkanlar keçmişdən bu günə gəlib çatmış qiymətli mirasdır. Onları qorumaq da gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Şəhidlərimizin xatirəsini yaşatmaqla tarixi irsimizi qorumaq arasında heç bir ziddiyyət yoxdur. Əksinə, hər ikisinə hörmət etməyi bacarmalıyıq. Şəhidi uca tutmaq onun adını hər yerə yazmaq deyil. Şəhidi uca tutmaq onun xatirəsinə, adına və uğrunda canından keçdiyi Vətənə layiq yaşamaqdır. Şəhidlərimizin adları daşların üzərində yox, xalqımızın yaddaşında əbədi yaşamalıdır" - o qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri