Şəhidimiz son mənzilə Yevlaxda belə uğurlandı FOTOLAR
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib.
AzNews.az-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının,idarə, müəssisə və təşkilatlarının rəhbərləri,kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Şəhid Tərlan Məmmədov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunub, Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Şanlı üçrəngli Bayrağımız şəhidin anası Rəfiqə Bayramovaya təqdim edilib.
Şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdü.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















