Icma.az
close
up
RU
Neftin qiyməti düşür, hökumət isə nikbindir

Neftin qiyməti düşür, hökumət isə nikbindir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Ölkəmizin dövlət və dövlət büdcəsi gəlirlərinin neft və qaz sektorundan asılı olduğu bəllidir. Cari ilin yanvar-fevral ayının gömrük statistikasına əsasən, ümumi ixracımızda neft-qaz sektoruna daxil məhsullar 89.82% pay təşkil edib. Bu isə o deməkdir ki, iqtisadiyyatda makrosabitlik qeyd olunan sahədə beynəlxalq bazarlardakı qiymətlərdən asılıdır.

Təxminən 2017-ci ildən bəri idi, bu qiymətlər əlverişli səviyyədə idi. Belə ki, 2014-2015-ci illərdəki böhrandan çıxmağımıza da əsas səbəb məhz, qeyd olunan ildən başlayaraq neftin qiymətinin bizə sərf edən istiqamətdə düzəlməsi oldu.

Əslində bu proses 2016-cı ilin ikinci yarısından etibarən özünü göstərməyə başlamışdı ki, OPEC+ ölkələrinin bazara nəzarəti ələ keçirməsi ilə 2014-cü ilin iyun ayından start götürən qiymət enişinin qarşısı alındı.

Düzdür, pandemiya ilində, yəni 2020-ci ildə də bir ara qiymətlər düşdü. Lakin xoşbəxtlikdən bu, uzun müddət davam edə bilmədi, o səbəbdən ki, OPEC+ qiymətlərin ucuz qalması qarşısını bu dəfə də aldı. Sonra isə Rusiya-Ukrayna müharibəsi və s. amillər ötən illərdə qiymətləri yüksəltdi.

Cari ildə isə vəziyyət dəyişib. Həm OPEC+ tərəfindən hasilatı artırmaq barədə qərarın qəbulu, həm də Tramp administrasiyasının tarif siyasəti aləmi biri-birinə qatıb...

Belə ki, Trampın tarif siyasəti hələ açıqlanmamışdan öncə də OPEC+ ölkələrinin hasilatı apreldən artırmaq haqda qərarları qiymətləri onsuz da aşağıya doğru çəkməyə başlamışdı. Trampın tarifləri isə buna əlavə təkan yaratdı.

Odur ki, ucuzlaşmanın real olaraq sanki proses halını alacağı qaçılmaz görünür.

Bu isə ən azı, dövlət büdcəmizdə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərfəli hesab edilmir. Lakin məsələ təkcə, qiymətdə də deyil.

2025-ci ilin birinci rübündə, ölkəmizdə kondensatla birlikdə 6.9 milyon ton neft hasil edilib ki, 5.7 milyon ton neft (kondensatla birlikdə) isə ixrac olunub. 2024-cü ilin eyni dövründə isə kondensatla birlikdə 7.3 milyon ton neft hasil edilmişdi ki, 6 milyon ton neft (kondensatla birlikdə) də ixrac olunmuşdu.

Göründüyü kimi, ötən ilin ilk üç ayı ərzindəki illə müqayisədə hasilat 400 min ton, ixracsa 300 min ton azalıb. Hansı ki, söhbət, necə deyərlər, təbii bir tendensiyadan gedir. Yəni, biz, addım-addım postneft dövrünə yaxınlaşırıq.

Belə bir fondasa qara qızılın beynəlxalq bazarlarda qiymətlərinin düşməsi təkcə büdcədə bir bareli 70 ABŞ dollarından götürməyimiz baxımından deyil, ümumiyyətlə sərfəli sayılmır. Qısa desəm, iqtisadi təhlükəsizliyimiz nöqteyi-nəzərindən xam neft qiymətlərinin ən azı 2030-cu ilə qədər 60 ABŞ dolları civarında qalmağı tələb olunur ki, həmin vaxta kimi qeyri-neft-qaz sektorundan gəlirlərimizi nisbətən də varsa kompensasiya edəcək səviyyəyə çatdıra bilək.

Bu, mümkündürmü? - Proqnoz etmək çətindir.

Məsələ bundadır ki, neftə dair əslində, əvvəlki illərdə də nəyinki orta, hətta yaxın perspektiv üçün də proqnoz vermək mümkün deyildi. Lakin bu dəfə ən azı yaxın perspektiv nisbətən aydın görünür, o baxımdan ki, aparıcı ölkələr arasında qarşılıqlı tarif zərbələri fonunda qlobal iqtisadiyyat zəifləyəcək, başqa sözlə, artım azalacaq. Odur ki, neftə tələbat düşəcək.

Bunu OPEC+ də proqnozlarında bildirir, Beynəlxalq Enerji Agentliyi (IEA) də... Məsələn, OPEC+ 2025 və 2026-cı illər üçün neftə gündəlik tələbatın cəmi 1.3 milyon barel artıq olacağını proqnoz edir ki, bu da əvvəlki gözləntidən 150 min barel az deməkdir.

İEA isə açıqlayıb ki, bu il qlobal gündəlik neft tələbatı üzrə artım tempi 730 min barel təşkil edəcək. Yəni, əvvəlki proqnozdan 300 min barel az. Gələn il isə bu rəqəmin 690 min barel olacağı gözlənilir.

Bütün bunlar qeyd etdiyim kimi, təkcə qlobal iqtisadi artımın azalacağı ilə əlaqədar baş verəcək. Əlavə olaraq, ənənəvi enerji növü vasitələrindən istifadənin məhdudlaşdırılmasına dair dünyada neçə illərdir yüksələn xətt üzrə inkişaf etdirilən məlum tendensiyası da öz sözünü deyir və deyəcək ki, neftə tələbat bir az da buna görə azalır və azalacaq.

Çox maraqlıdır, hökumətimiz isə bütün bunların müqabilində çox nikbin, daha doğrusu təmkinli mövqe nümayiş etdirir. Belə ki, İqtisadiyyat Nazirliyinin cari ilin mart ayında təqdim etdiyi proqnozlara əsasən, baza ssenaridə bir barel neftin ortaillik ixrac qiymətinin 2026-cı il üçün 65 ABŞ dolları, 2027-2029-cu illər üzrə də eyni qalacağı göstərilir.

Sual yaranır ki, bu, nə ilə əlaqədardır?

Yuxarıda yazdım ki, iqtisadi təhlükəsizliyimizin təmini baxımından xam neftin azı 2030-cu ilə qədər 60 ABŞ dolları civarında qalmağı lazımdır. Bu rəqəm isə əslində, bütün neft hasilatçısı ölkələri üçün uyğun qiymət səviyyəsi hesab olunur. Odur ki, ola bilsin məhz, bu faktora istinad edilir.

Digər cəhət isə ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyinin irəli sürdüyü proqnozlar martda təqdim edilib. Və il ərzində bütün bunlara yenidən baxılacağı şübhə doğurmur.

Əlbəttə, bir var baza, bir də var ki, pessimist ssenari... Mərkəzi Bankın (AMB) Maliyyə Sabitliyi Hesabatında da qeyd edildiyi kimi, baza ssenari sabit qlobal mühit, dayanıqlı iqtisadi artım və nəzarət olunan inflyasiya amillərinə əsaslanır ki, bu çərçivə daxilində, neftin qiymətinin stabil qalması şərti ilə ÜDM istehsalı müsbət dinamika nümayiş etdirə bilər.

Başqa sözlə, qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunda çıxış etməklə makroiqtisadi tarazlıq qorunub saxlanılar.

Pessimist ssenaridəsə uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqlər nəticəsində ölkəmiz üçün ciddi risklər ortaya çıxacaq. Və bu şəraitdə ÜDM istehsalı üzrə artım tempi əhəmiyyətli dərəcədə zəifləyəcək, növbəti illərdə iqtisadi daralma müşahidə olunacaq.

Ümumiyyətlə, bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur və inflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır ki, milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir. Bu da manatın dəyərinin zəifləməsinə səbəb olur.

Sözün qısası, vəziyyət ciddidir, hökumət isə, nikbin. Nikbinliyə əsas yaradan bəlkə də odur ki, çıxış yolu əslində, kifayət qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri