Icma.az
close
up
RU
Seksizm, gənclik, trend olmaq ehtirası Maşınların doğduğu insanlar

Seksizm, gənclik, trend olmaq ehtirası Maşınların doğduğu insanlar

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Ülvi Babasoyun “Maşınların doğduğu insanlar” yazısını təqdim edir

Bu gün hər şey, hətta insan belə gündəlikdir, trenddir. Hər insanın istifadə müddəti var. Günlük, aylıq və ya illik. Hətta birdəfəlik əşya kimi də istifadə edilir. İnsanların özlərini yaxşı və ya pis hiss etmələri belə başqalarına görə müəyyən edilir. Tutaq ki, gənc, gözəl, yaraşıqlı bir qadın və ya kişi sosial mediada paylaşım edir. Əgər həmin gəncin paylaşımına bu stil, imic sənə yaraşmayıb rəyləri çox olsa, ehimal ki, o adam böyük bir mənəvi böhranın içinə girəcək. Yaşlanmağa üz tutan bir insana qarşı edilsə, o böhrandan çıxmaq hardasa mümkünsüz olacaq.
Milan Kundernın “Kimlik” romanının qəhrəmanı Şantal əlli yaşının astanasında olan gözəl bir qadındır. Şantal narahatdır, olduqca əndişəlidir ki, kişilər ona əvvəlki kimi baxmırlar. Diqqət mərkəzində deyil.
Üzündəki qırışlar Şantalın əzablarına çevrilir. Şantalın kimliyi başqalarının ona münasibəti və diqqəti ilə ölçülür.

Fransız rejissor Korali Farqit “Maddə” (The Substance) filmində Elizabet Sparklın (Demi Mur) - Hollivud ulduzunun həyatına tuşlayır obyektivi. Modelyer aktrisanın bədəni illərcə reklamların siması və lokomotivi olub. Qadınlara ilham verib. Elizabet 50 yaşına çatıb. Artıq bədəni diqqət mərkəzində deyil. O, ad günündə dəhliz boyu addımlayır. Dəhlizdə Elizabetin fotoları sərgilənir. Bu uzun və sıxıcı dəhlizin digər başındakı qadın tualetinə deyil, daha yaxın kişi tualetinə verir özünü. Dennis Kueydin ustalıqla canlandırdığı prodüser telfonla danışa-danışa tualetə daxil olur. Artıq qoca ifritədən bezdiyini söyləyir.
Danışığı eşidən Elizabet çılpaq bədəninə tamaşa edir. Artıq bütün dərisi qırışmaqdadır, gözlərinin altı torbalanıb, məmələri büzüşüb və sallanıb. Bədənlərin alınıb-satıldığı dünyada ona yer yoxdur artıq. Avtomobil sürərkən belə fikirlidir və qəza baş verir. Qəzada yaşlanmaqdan xəsarət əlan bədəni “xətərsiz” xilas olur.
Orada bir oğlan “Maddə” adlı bir məlumat verir Elizabetə. “Maddə” bədənin yenilənməsi ilə bağlıdır. Tərəddüdlər içini gəmirsə də, gəncləşmək, gözəlləşmək ehtirası Elizabeti maddəni istifadə etməyə itələyir. Maddəni bədəninə inyeksiya edir. Ondan sonra hamamda yerə yıxılır və bədənindən yeni, təzə bir qadın çıxır. İyirmi yaşlarında, seksual görkəmdə olan qızı Marqaret Kuelli canlandırır. Gənc qızın bədəni təptəzədir. İdeal quruluşa malikdir. Cəlbedicidir. Təhrik də edir. Ancaq gözəl deyil. Çünki o bir maddənin doğduğu qadındır. Qız qısa müddətdə Elizabetin yerinə keçə bilir. Daha çılğın və ehtiraslıdır. Elizabetin uzun və sıxıcı adının əksinə, qısa və erotik bir ad da qoyur özünə. Syu. Maddə yaşlı və gənc bədən arasında həftəlik tezliklə istifadə edilir. Syu olduqca ehtiraslı və bədəninə düşkündür. Ona görə də Elizabetin bədənindən çəkib özünə vurduğu maddənin dozasını artırır. Doza artdıqca daha da ulduzlaşır, cazibədarlaşır və hətta nimfomanlaşır.

Elizabet günlər keçdikcə daha da qocalır. Syu enerji vampirinə çevrilib Elizabetin bədənindəki enerjini əmir. Nəticədə, Elizabet eybəcər bir məxluqa çevrilir. Syu Elizabtein çirkin və qoca halına tab gətirməyib onu öldürür. Yeni il gecəsində səhnəyə çıxır, səhnəyə çıxmazdan əvvəl aynada gördüklərindən dəhşətə düşür. Maddənin mayası və digər bucağı Elizabet öldüyü üçün dişləri tökülməyə, beli qozbelləşməyə və Elizabetdən də betər bir varlığa çevrilməyə başlayır. O vəziyyətdə səhnəyə çıxır və qanı tamaşaçıların üstünə axmağa başlayır. Rejissor qorxu filmlərindən daha betər qan effektindən istifadə edir. Ancaq bu qan effekti qorxu yox, ironiya və yumor aşılayır tamaşaçıya. Hamı bu qəribə və lənətli narsizmin tərkib hissəsidir. Bu qadınları ana deyil, bir maşın, maddə doğub sanki.


Hamının üst-başını batıran seksizm, gənclik, qocalıq və trend olmaq ehtirası qədər təbii və normal heç nə yoxdur. Artıq yaşlar və cinsiyyətlər sindromlarından doğan viruslar hamıya bulaşıb. Seksual bir pandemiya hökm sürməkdədir.
Filmin kinematoqrafik dili rəng qrafikası ilə genişləndirilib. Qanla çimizdirmə səhnəsi nə qədər absurddursa, bir o qədər də normaldır. Filmdə pozitiv rənglərdən çox istifadə edilib. Çünki rənglər həyatı daha da trendləşdirir. Syu gənclik və kariyera ehtirasını, Elizabet yetkinlik və özünü qəbul etmə(mə)yin dözümsüzlüyünü ifadə edir. Elizabetin gəncləşmək üçün maddəni istifadə etməsi Sizif mifi və əməyini simvolizə edir.

Gündəlik həyatda eyni maşınların, aparatların və həkimlərin əməliyyatından çıxan (bəzən də çıxa bilməyən) qadın və kişilərin (Niyə kişilərin əməliyyatları və kompleksləri görməzdən gəlinir? Çünki kişi bədəni sabitdir, qadın bədəni dinamikdir) daha çoxunu istəməsi altında deşiyi olan qaba su doldurmaq çabası deyilmi?

Bir-iki əməliyyatla başlayan şirin gözəllik illüziyası doyumsuzlaşır. Gənclik və sağlamlıq itirilir. Nitsşenin “ubermenşagen” (üstinsan) tezisi səhv başa düşülür. İnsanları görünüşləri ilə qəbul edirik.

“Maddə” maddənin tükənməyə və dağılmağa məhkum olduğunu xatırladır. İdealizə edilən istənilən maddənin, bədənin və hətta ruhun çürüyəcəyinin kədərli sonluğunu göstərir. Kompleksizsiz həyatın isə daha rahat, sakit və mənalı olduğuna eyham edir.

“Maddə” filmini onlarla film və bədii əsərlə əlaqələndirmək olar. Ancaq “Maddə” filmi hər yaşı və başı qəbul etməyin və yaşamağın səssizliyindəki gözəlliyi pıçıldayır qulağımıza. Və intellektual gözəlləməyə ehtiyac qalmır. Bədənimiz gənc və yaşlı halımızda reputasiyamızdır, varlığımızdır. Onu olduğu kimi qoruyaq və qəbul edək.

Qəşəm Nəcəfzadə insanları belə aldadır - Nadir Yalçın Ədəbi və əbədi ehtiyac - Pərvanə Bayramqızı "Kurtlar vadisi"nin rejissoru Osman Sınav vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri