Icma.az
close
up
RU
Şəhidlər xiyabanına xalq ziyarəti: Azərbaycan onlara minnətdardır FOTOLAR

Şəhidlər xiyabanına xalq ziyarəti: Azərbaycan onlara minnətdardır FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 35-ci ildönümüdür.

Hər il olduğu kimi, bu gün də xalq 20 Yanvar şəhidlərini tək buraxmadı, çünki Tarixini unutmayan xalqı heç kim məğlub edə bilməz. Azərbaycan xalqı tarix boyu bir çox faciə ilə üzləşib. Hər dəfəsində də bu faciələrdən güclü çıxmağı bacaran xalq bu gün müstəqil, güclü, bütöv, suverən ölkəyə sahibdir. 

Hər il xalq 20 Yanvar şəhidlərini ziyarət edir, qanları ilə yazılan qələbə tarixinə görə onlara minnətdarlığını bildirir. 

Bu gün də Şəhidlər xiyabanında xalq öz şəhidlərinə minnatdarlıq edirdi. Uşağından-böyüyünə, varlısından-kasıbına, vəzifəlisindən sadə insanına qədər hamı orada idi, 35 il əvvəl öz qanları ilə müstəqil ölkənin təməlini qoyan şəhidlərin yanında... 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. 

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb. 

"Cebheinfo.az"-ın kamerasına tuş gələn xarici işlər naziri Ceyhun Bayramov daxil olmaqla  digər dövlət qurumlarının əməkdaşları da, sadə vətəndaşlar da eyni amal, eyni məqsədlə orada - Şəhidlər xiyanında idi.

Hər il olduğu kimi, bu gün də xalqın şəhidlərini rahat, təhlükəsiz ziyarət etməsi üçün şərait yaradılmışdı. Təhlükəsizlik yüksək səviyyədə təmin olunurdu. Eyni zamanda, insanların həssaslığından yararlanmağa çalışaraq bir gündə varlanmaq istəyən "bahalı gül” satanlar da bu dəfə gözə dəymirdi...

Şəhidlərin məzarı qarşısından keçən hər kəs bugünkü müstəqil Azərbaycana görə onlara minnətdarlıq edirdi. Kimi Tanrya dua üçün açılan əlləri ilə, kimi dilindəki dualarla, kimi də səssiz axan göz yaşları ilə...

Vilayət Muxtar 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri