Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Şəhidlərdən qalan əmanət Şükür Həmidovun ailəsinin təsəlli aldığı əşyalar FOTO

Şəhidlərdən qalan əmanət Şükür Həmidovun ailəsinin təsəlli aldığı əşyalar FOTO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində dünyaya gəlib. O, ailədə 10 uşaqdan biri olub.
Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.

1993-cü Bakı Ali Hərbi Məktəbinə daxil olub. 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.
O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Ölkə Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Ş.Həmidov 44 günlük Vətən müharibəsində dogma Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
Milli Qəhrəman 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhid olub.
O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona ölkə başçısının sərəncamları ilə "Füzulinin azad olunmasına görə, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları da verilib.
Şəhid polkovnik Şükür Həmidov Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.

Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr olunur.


Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova saytımıza bildirib ki, əsasən ilk alınan hədiyyələr daha dəyərli olur. Amma Könül xanım ina alınan ilk hədiyyələri saxlaya bilməyib.
"Onun bütün hədiyyələri mənim üçün dəyərlidir. Seçə indi fərq qoya bilmirəm ki, hansı haqqında danışım. Əsasən ilk verilən hədiyyə daha dəyərli, yadda qalan hesab edilir. Şükürün mənə ilk hədiyyəsi ətir və gül olduğuna görə onu saxlaya bilmədim. Mənim üçün onun aldığı hədiyyələrdən daha çox, şəxsi əşyaları xüsusi  önəm daşıyır. Onun davamlı əl vurduğu, istifadə etdiyi, izi qaldığı hər şeyi özümdən də dəyərli hesab edirəm”.

Könül Həmidovanın sözlərinə görə, bir vaxtlar həyat yoldaşının düşməni kimi baxdığı əşyalar indi onun üçün ən dəyərli yadigara çevrilib:

“Mən ondan çox xahiş edirdim ki, siqareti tərgitsin. Bəzən bu, onun üçün mümkünsüz olurdu, əsgərləri şəhid olanda özünə yer tapa bilmirdi, əsasən də ona görə çəkirdi siqareti. İndi mənim üçün bir vaxtlar heç sevmədiyim, onun üstündə evə gələn siqaret qutusu ilə alışqan ən dəyərli əşyalara çevrilib. Bir vaxtlar Şükürün düşməni kimi baxdığım bu iki əşya indi ən özəl şeylərdir mənim üçün. Hər dəfə onları əlimə alıb baxanda deyirəm ki, kaş o da bu əşyalar kimi indi yanımızda olardı”. 
 

Könül xanım bildirib ki, tək siqaret yox, insanlara adi gələcək qələm, bloknot belə onun üçün indi ən dəyərli əşyalara çevrilib.
“O bizim yanımızdan daha çox işdə olurdu. Övladlarına göstərə bilmədiyi sevgini əsgərlərinə göstərirdi, evindən daha çox hərbi hissələrdə qalırdı. Onun hərbi hissədə olan otağındakı bloknotu, qeydləri, qələmləri indi bizim üçün o qədər dəyər yükü qazanıb ki...”.

Bir xalq, dövlət üçün şəhidinin övladları ən böyük əmanətə çevrilir. Şükür Həmidovun oğlu Nurlan üçün isə dəyərə çevrilən atasının xatirəsi ilə yanaşı, o xatirələri özündə yaşadan hədiyyə kitablarıdır.
“Atam mənə tez-tez kitablar alırdı, çoxlu ensiklopediyam var, hamısını o alıb. Həmişə deyirdi ki, dərsdən əlavə də davamlı kitab oxumaq lazımdır. Özü evdə olanda mənimlə davamlı coğrafiyadan, tarixdən danışırdı. Həmişə istəyirdi ki, mən də çox şey bilim. Atama yeni şeylər öyrəndikcə çoxlu suallar verirdim, o da hamısını cavablandırırdı. İndi mənim üçün ondan qalan ən dəyərli hədiyyələr  mənə aldığı kitablardı.
Sonuncu dəfə coğrafiya ensiklopediyası almışdı. Çox istərdim ki, orada yazılan hər məlumatı onunla müzakirə edək, amma müharibəyə görə bu alınmadı. İndi mən daha çox oxuyub, anama, sinif yoldaşlarıma öyrəndiklərimi danışıram, onlarla müzakirə edirəm. Yəqin ki, atam da belə istəyərdi. Yanımda olmasa da, hər dəfə onun aldığı kitabları oxuyanda ruhunun ətrafımda dolaşdığını hiss edirəm”.


Milli Qəhrəmanın qızı Əzizə isə atasından qalan əmanətlər barədə sözlərinə bu cür başladı:
"Bəzək əşyası sevməsəm də, atamın aldığı, həmişə üstümdə gəzdirə biləcəyim qolbağı indi mənim üçün ən dəyərli əmanətə çevrilib. 
Mən atamı hamıdan çox istəyirdim. O işinə görə evdən gedəndə hamıdan çox mən pis olurdum. İstəyirdim ki,  həmişə bizim yanımızda olsun. O, şəhid olandan sonra çox darıxmağa başladım. Ad günümdə aldığı qızıl qolbağı var idi, heç bəzək əşyası sevməsəm də, ondan mənə yadigar qalan bir hədiyyəni davamlı yanımda saxlamaq istəyirdim. Sonra ağlıma o qolbağı gəldi, atam şəhid olandan sonra o qolbağını davamlı olaraq taxıram, yatanda da çıxarmıram. Qolbağı mənim üçün atamı əvəz etməsə də onun hədiyyəsinin üzərimdə olması mənə güc verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri