Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət Raquf Orucovu xatırladan ƏŞYALAR

Şəhidlərdən qalan əmanət Raquf Orucovu xatırladan ƏŞYALAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəsdən sonra ən şiddətli döyüşlər 9 il əvvəl apreldə baş verdi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnərək, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. 2020-ci ilin zəfərindən xəbər verən 4 günlük müharibədə Azərbaycan ordusu öz gücünü, xalqı isə birliyini göstərdi.

Aprel döyüşlərinin qəhrəman şəhidləri arasında döyüş yoldaşları tərəfindən “Murov Qartalı” ləqəbli Raquf Orucov da var idi.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raquf Orucovun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən R. Orucov bir müddət sonra ordudan ayrılıb və Azərbaycan Ordusunun sıralarına qoşulub. 


Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raquf Orucovun anası Raya xanım şəhid olub.


Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olunub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.


Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib. Bundan sonra döyüş yoldaşları ona “Murov Qartalı” adı ilə səsləniblər. 


Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.


Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.
Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün Aprel döyüşləri qəhrəmanı Raquf Orucova həsr olunur.


Raquf Orucovun həyat yoldaşı “Zəfər” Şəhid Ailələrə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova saytımıza bildirib ki, onun demək olar ki, bütün əşyaların Ağdamda yaradılan ev muzeyinə göndərmişik. Lakin iki əşyasını yaşadığımız evdə saxlayıram. 


“Evdə saxladığım əşyaları onun kəşfiyyatçı bıçağı, silah qabı və daim qolunda gəzdirdiyi saatıdır. Raquf məzuniyyətdə də evdə normal keçirmirdi ki, bizim birlikdə xatirələrimiz çox olsun. O, bütün həyatını orduya, Vətənin müdafiəsinə həsr edən insan idi. Bu əşyaları mən də, uşaqlar da sevə, əzizləyə-əzizləyə saxlayırıq, çünki bunlar Raqufun izlərin daşıyır”.


Həmişə deyiblər ki, hərbçinin həyat yoldaşı, övladı olmaq çətindir. Bunu Sevinc Orucovanın timsalında yenidən hiss etdik. Raquf bəydən yadigar qalan əşyalar belə, onun bütün həyatını həsr etdiyi, hətta uğruna ölümə getdiyi Vətəni ilə bağlı idi. 


Ailəsi ilə həmsöhbət olanda başa düşdük ki, Raquf Orucovla bağlı ən çox xatirə onun əsgərlərində olacaq, hansı ki, bəziləri elə onunla birlikdə Şəhidlər xiyabanında yatır. 


2016-cı ilin aprel ayının 4-də polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılır. Aprelin 5-də bundan 9 il əvvəl polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında isə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.


Sevinc xanım qeyd edib ki, Raquf Orucovun ən son üzərində olan geyimlərdən birini də evində saxlayır. 
“Onun qoxusunu həmin paltardan indi də alıram. Həmişəki qoxudur – üzərindən səngərin, Qarabağın, Murovun iyisi var. O paltarı heç bir muzeyə təqdim edə bilmədim. Saçını daradığı daraq, istifadə etdiyi telefonlar da bizdə qalır. Hər Aprel döyüşlərinin il dönümü olanda üsyan etmək istəyirəm ki, Raquf get-gedə bizdən uzaqlaşır, istəmirəm uzaqlaşsın, unudulsun. Bir şeylə təskinlik tapırıq ki, o yaddaşlarda gənc, vətənini sevən biri kimi qaldı.”


Raquf Orucovu yaşadan tək əşyaları deyil, onu bütün nəsillərə tanıdan qəhrəmanlığı, Vətən sevgisi, əsgərlərini övladları qədər sevib qayğı göstərməsi olacaq. Onun ruhu bütün illərdə, hər yaşda olan insanlar tərəfindən qürur, sevgi və həsrətlə anılacaq. Raquf Orucovun ruhu Murovda dalğalanan bayraq qədər, bütün həyatını vətəninə həsr edən qəhrəman kimi yaşayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri