Almaniya “Arrow 3” raketdən müdafiə sisteminin ilk mərhələsini işə salıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Almaniya Silahlı Qüvvələri (Bundesver) “Arrow 3” raketdən müdafiə sisteminin ilk mərhələsini rəsmi olaraq işə salıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ilkin fəaliyyət mərhələsində radar, buraxılış qurğuları və təlim keçmiş heyət məhdud həcmdə müdafiə əməliyyatlarını yerinə yetirmək üçün hazır vəziyyətə gətirilib.
İsrail və ABŞ tərəfindən birgə hazırlanmış “Arrow 3” sistemi ballistik raketləri 100 kilometrədək hündürlükdə və 2000 kilometrdən artıq məsafədə məhv edə bilir. Sistem “Hit-to-Kill” prinsipi ilə işləyir və hədəfi partlayışla deyil, birbaşa dəqiq zərbə ilə zərərsizləşdirir.
“Arrow 3” 2030-cu ildə tam döyüş hazırlığına çatacaq. Brandenburqla yanaşı, Almaniyanın şimalında və cənubunda daha iki hərbi hissənin yaradılması planlaşdırılır. Bu sistem Bundesverin arsenalındakı mövcud “Patriot” və “Iris-T” komplekslərini tamamlayaraq Avropada çoxmərhələli raketdən müdafiə sisteminin formalaşdırılmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 04 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















