Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət Rəşad Atakişiyevi xatırladan əşyalar

Şəhidlərdən qalan əmanət Rəşad Atakişiyevi xatırladan əşyalar

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəşad Atakişiyev 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olur. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurur. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq edilir və aviasiyaya sənəd verən 200 nəfər arasında Rəşad Atakişiyev də olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan R. Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
Atakişiyev daha sonra pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksəlib. 

2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində pilot, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu həlak olub. Onun nəşi ötən ilin avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
Avqustun 21-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçirilib və mərhum II Fəxri Xiyabanda dəfn olunub.
R.Atakişiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişinə əsasən ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.
Pilotun iki oğul övladı yadigar qalıb.

Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün polkovnik-leytenant Rəşad Atakişiyevə həsr olunur. Bu məqsədlə R. Atakişyevin həyat yoldaşı Könül Hüseynova ilə həmsöhbət olduq. 

“Rəşaddan mənə qalan ən dəyərli hədiyyələrdən biri nişan-bəxt üzüyüm idi. O, üzük nişanlanan hamı kimi bizim üçün də böyük sevgi, ümid və arzularla alınmışdı. Üzük çox xoşuma gəlirdi, Rəşad da bunu bilib o üzüyü mənə aldı. İndi o üzüyə baxanda düşünürəm ki, sanki üzükdə bizim bütün sevgimiz, həyatımızın ən gözəl və maraqlı məqamlarımız cəmləşib”. 

“Rəşad şəhid olduğu gün – 24 iyul 2019-cu ildə üzüklə bağlı maraqlı hadisə də baş vermişdi. Kiçik oğlum onda 2 yaşında idi, qucağımda, eyvanda hava alırdıq, gördüm ki, əlini bərk-bərk nəsə sıxıb. Düşündüm ki, oyuncağı olar, sən demə, marağına səbəb olduğu üçün gizlincə nişan üzüyümü əlində gizlədib. Birdən məhəccərdən əlini çölə salıb mənə dedi ki, əlimin içində sənin xoşladığın bir şey var - üzüyün. Gözümün içinə baxıb deyir ki, bunu aşağı atım? Mən də ani hərəkət edə bilmirəm ki, uşaqdır, qorxar. Öz-özümə düşündüm ki, 9-cu mərtəbədən əlindən üzük düşər, axı bu mənim bəxt üzüyümdür, hər şey puç olar... O qədər təlaş məni bürüdü ki... Uşaq mənim gözümə baxıb deyir ki, bəli, ana, mən bunu ataram, amma atmayacam, olmaz. Çox ağıllı uşaq idi, elə bir dəcəlliyi yox idi, sanki məni sınamaq istəyirdi. Və yavaş-yavaş əlini məhəccərdən çəkib üzüyü mənə verdi, dedi götür. O qədər rahatlıq gəldi ki mənə. Həmin an düşündüm ki, birdən üzük düşsəydi... Sonra mən çox pis olacaqdım, düşüb onu aşağıda axtarmalı idim. Birdən tapmazdım...”
Könül Hüseynova həmin gün üzüyünü axtarmaq məcburiyyətində qalmasa da, taleyin onun üçün başqa planları da var idi. Kim deyərdi ki, cəmi bir gün sonra o, Rəşad Atakişiyevin atası ilə birlikdə böyük sahədə Rəşad Atakişyevi axtaracaq...
“24-ü xəbər sürətlə bütün ölkəyə yayıldı. Son ana qədər Rəşadın sağ qalma ehtimalına ümidim var idi. Hadisənin səhəri günü Rəşadın anası və mən qəza yerinə getdik. Beş barmaq dağı ilə üzbəüz ərazi idi. İki qadın böyük bir ərazidə Rəşadı axtarırdıq. Kiçik bir ehtimalın olmayacağını bilə-bilə, yenə də düşünürdük ki, bəlkə rastımıza nəsə bir iz çıxar...”

Kiçik yaşlarından Rəşad həkim olmaq həvəsi olub. Lakin tale elə gətirib ki, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu və oranı müvəffəqiyyətlə bitirdi- deyə K. Atakişyeva sözlərinə davam edir. 
“Daha sonra pilot kimi H.Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirib. Rəşad həmin institutu uğurla bitirən və seçilən beş pilotdan biri olub”. 

Bu təyyarəni də tələbəlik illərində özü düzəldib, özü rəngləyib. Düşünəndə ki, ona nə qədər vaxt, diqqət sərf edib... Sanki özünü lap əvvəldən qəhrəman olmağa hazırlayıb.
“Çox təvazökar biri idi. 2019-cu ilin əvvəlində Rəşada polkovnik-leytenant rütbəsi verildi. Evdə bu haqda heç söz də açmamışdı ki, bir xəbərimiz olsun. Böyük oğlum çox diqqətcildir. Səhər mayor poqonu ilə işə gedən Rəşad axşam evə gələndə Turqut dərhal dedi ki, ata, poqonun dəyişib. Rütbə ilə yanaşı, onun vəzifəsi də artırılmışdı”. 
Dəqiqlik və sadəlövlük. Bəlkə də bu bütün qəhrəmanlarımızın əsas ortaq cəhətidir. Yəqin həm də onlardan yadigar qalan uşaqların...


Dəqiqlik Rəşad Atakişyevin və onun övladının da xarakteri idi. Vaxtı ilə qolunda daim gəzdirdiyi saniyələri belə, ölçdüyü saat indi onun ailəsini üçün Rəşad Atakişiyevin özünə çevrilib. Bu səbəbdən də Könül xanım hələ də saatın dayanmasına imkan vermir, onu işlək vəziyyətdə saxlayır. Hərəkət edən əqrəblər, sanki qəhrəmanımızın ruhunun ürək səsləri kimi hələ də o evdə döyünür... 

Xatirə əşyalar içində Müdafiə Nazirliyinin Rəşad Atakişyevə hədiyyə etdiyi saat da var idi. Bu saatı isə taxmaq R. Atakişiyevə heç vaxt qismət olmayıb...


Azərbaycan Ordusunun 100 illiyilə bağlı keçirilən paradda Rəşad Atakişiyev səmada məharətlə bacarığını nümayiş etdirib. "Turaz Qartalı" devizi altında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi təlimlərdə iştirak edib. Konyadakı hərbi təlimlərə Azərbaycandan Türkiyəyə uçan hərbçilərin sırasında Rəşadın təyyarəsi həmişə öndə gedib.


Türkiyədə keçirilən birgə təlimlər zamanı Türkiyə tərəfi Rəşad Atakişiyevə təşəkkürnamələr, sertifikatlar verir. Türkiyə Hava Qüvvələrinin komandanı ilə görüşündən sonra isə indi onun necə məharətli pilot olduğunu xatırladan Atatürk imzalı qələm hədiyyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri