Icma.az
close
up
RU
Pul mübahisəsi cinayətlə nəticələndi: Ata bıçaqlandı, oğul dəlixanaya göndərildi

Pul mübahisəsi cinayətlə nəticələndi: Ata bıçaqlandı, oğul dəlixanaya göndərildi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ağdaş rayonunda 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 14 iyul 2024-cü ildə, gecəyarısı Ağdaş şəhərində baş verib. Kənan həmin gün yaşadıqları fərdi yaşayış evində atası Aqilin xərcləmək üçün ona az məbləğdə pul verməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin evin mətbəxindən götürdüyü bıçaqla ona zərbələr vurub. 
Hadisəni törədən Kənan Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən K. Zülfüqarov bildirib ki, anadangəlmə nitq pozğunluğu və əqil zəifliyi olduğu üçün orta məktəbə getməyib, 3-cü dərəcə əlilliyi olan şəxsdir: “İyulun 13-də, saat 23 radələrində atamın yanına gedərək pul istədim. Atamın mənə 12 manat məbləğində pul verdiyini gördüm, daha artıq məbləğdə pul verməsini istədim. Lakin atam daha artıq məbləğdə pul vermədi. Təxminən 10-15 dəqiqə sonra yenidən atama yaxınlaşaraq pul istədim. Həmin vaxt atam evin yataq otağında taxta döşəmənin üzərində əyləşmişdi. Daha sonra atam bacımı çağırdı. O, da gələrək mənə 1 manat məbləğində pul verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra iyulun 14-də, gecəyarısı əvvəlcə evin həyətinə, daha sonra isə yenidən əsəbləşərək atasının yanına gedib və ona daha artıq məbləğdə pul verməsini bildirib: “Lakin atam mənə daha artıq məbləğdə pul vermədi və mənə otaqdan çıxmağımı işarə etdi. Bundan sonra aramızda mübahisə baş verdi. Daha sonra atamı qorxutmaq üçün mətbəxə gedərək oradan bıçağı götürdüm və yenidən atamın  yanına gələrək mənə pul verməsinə işarə etdim. Lakin atam mənə bıçağı yerinə qoymağımı, otaqdan çıxmağımı əmr etdi. Mən isə əsəbləşərək atamın qarın hissəsinə bıçaqla bir neçə zərbə vurdum. Lakin neçə zərbə vurduğumu xatırlamadım. Bu zaman atamın qarın hissəsindən qanın axdığını görərək qorxdum. Dərhal evin giriş qapısına tərəf qaçdım. Həmin vaxt anam və bacım məni tutmağa çalışsalar da, buna nail ola bilmədilər. Bundan sonra evi tərk edərək küçəyə çıxdım. Oradan da qonşumuzun Təmais Süleymanovanın həyətinə daxil oldum və bıçağı həyətdəki ağacın alt hissəsinə tulladım. Daha sonra həmin yeri tərk edərək yaşadığım evə qayıtdım. Anam ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gedərək özümü təqdim etdim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub, o, cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Hökmə əsasən, K. Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Onun barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərarı qanuni qüvvəyə
minənədək dəyişdirilmədən saxlanılıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri