Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət: Xudayarla birgə müharibəyə şahidlik edən ÜZÜK

Şəhidlərdən qalan əmanət: Xudayarla birgə müharibəyə şahidlik edən ÜZÜK

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müharibə insanlardan çox şeyi alır, amma bəzən ən böyük həqiqət kiçik bir əşyanın yaddaşında yaşayır. Modern.az saytının  “Şəhidlərdən qalan əmanət” ribrikasında da biz hər bir qəhrəmanın ailəsinə toxunulmaz miras kimi qalan o əşyanın arxasında gizlənən həyat yolunu, duyğuları və bitməyən həsrəti açmağa çalışırıq. Bu əmanətlər bəzən bir saat, bəzən bir üzük, bəzən də sıradan görünən bir detal olur, amma onların daşıdığı mənalar sahibinin ömür hekayəsini tamamlayır. 
Bu dəfə hekayəsini tamamlamağa çalışdığımız şəxs İkinci Qarabağ müharibəsinin şəhidi Xudayar Yusifzadə olacaq.

Xudayar Yusifzadənin anası Radə Qurbanova söhbətimizə 1990-cı illərdən - Xudayarın uşaq olduğu dövrdən danışmağa başlayır:
"Xudayar balaca olanda, Xocalı işğal edildi. Həmin vaxt bizim qonşularımızın yaxın qohumları Xocalıdan idi. Qonşularımızın da qardaşı, atası, anası, qardaşının uşaqları şəhid olmuşdular. Biz Ağdamın Seyidli kəndindənik. Məcburi köçkün düşənləri, Xocalıdan gələnləri Xudayar öz gözü ilə görürdü. 

Həmişə biz narahatlıqla danışanda, anam ağlayanda Xudayar pis olurdu. O vaxtdan deyirdi ki, nənə, mən böyüyəndə bu qisası onlarda qoymayacam. O əqidə ilə də yaşayırdı. Zori Balayanın azərbaycanlı uşaqlara necə əzab veridiyini oxumuşdu. Dəhşətə gəlmişdi ki, bunlar insanlıqdan necə çıxıblar...

Böyüyəndə əsgərliyə getdi, gəldi. Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində qulluq etdi. Orada da qalmaq istəyirdi. Alınmadı deyə, yoldaşları məsləhət verdi ki, Dövlət Sərhəd Xidmətinə getsint. O da gedib DSX-da gizirlik kursunu oxudu. Kursu bitirəndən sonra Astarada işə başladı".

Radə xanım deyir ki, Xudayar 22 yaşına 1 gün qalmış könüllü olaraq orduya yazılıb:

"Tovuz döyüşləri başlayanda, generalımız Polad Həşimov şəhid olanda könüllü olaraq orduya yazıldı. Yadımdadı, iyulun 15-i ad günü idi, ondan bir gün əvvəl, 14-ü Xudayar gecə könüllü yazılmışdı. Mənə də dedi ki, ana, generalımız şəhid olub. Bir az təsəlli verdim ki, şəhidlik böyük zirvədir. Dedi, “ana, bilirəm elədir, amma əsgərin generalının şəhid olması, elə bil evin içində mən qala-qala atamın ölməyinə bərabərdir”. Ondan sonra könüllü yazıldı, amma bizə deməmişdi. Biz bunu o şəhid olandan sonra bildik. Təlimlərə gedib, sonra döyüşə. 
Mən 26-sı sübh tezdən oyanıb ona zəng etdim. Dedim Xudayar deyirlər ki, müharibə başlayır. O da soyuqqanlılıqla dedi ki, olmalı idi də, nə gözləyirdik ki... Xocalının nə vaxta qədər ağrısını çəkməliydik? 
Ana-bala kimi bir-birimizi heç vaxt incitməmişik, yalan danışmamışıq. Narahat olurdum, soruşurdum sən müharibədəsən? Deyirdi "ay ana, mən sərhədçiyəm, bizi döyüşə buraxmırlar ki, gedək Xocalının qisasını alaq". Buna görə əsəbiləşirdi. Amma sən demə onlar ön cəbhədə olub, mənə demirdi. 

Oktyabrın 8-i Devran adlı şəhidimizin dəfnində bildik ki, Xudayar artıq Kəlbəcər-Murovdağ istiqamətindən Füzuli istiqamətinə keçib. Artıq döyüşdədilər. Amma mən ona təzyiq göstərmirdim, heç vaxt demirdim ki, bala, sən döyüşdəsən, mən bilirəm. Sadəcə deyirdi ki, ana, sərhədləri qoruyuruq, uşaqlar torpaqlarımızı azad edir, biz də sərhəddə qüvvələrimizi möhkəmləndiririk".


Xuayardan ailəsinə yadigar qalan ən əziz əşyanı o, müharibə başlayandan şəhid olduğu günədək üzərində gəzdirib:

"Müharibə başlayan gündən anamın üzüyünü çeçələ barmağına taxırdı. Komandiri, əsgər yoldaşları soruşublar ki, qadın üzüyünü niyə barmağına taxmısan? Deyib ki, “bu üzüyü ona görə götürmüşəm ki, müharibə bitəndən sonra verim nənəmə, taxsın barmağına. Bilsin ki, bu üzüyün şahidi döyüşlərdə Xocalının qisasını alıb". 

Həmin üzük bizim ailəmiz üçün, anam üçün çox dərin, təsirli, iz buraxan əşya oldu. Komandirləri sağ olsunlar “bu, Xudayarın sizə əmanətidir”, - deyib üzüyü ona verdilər. Elə bunları da bizə həmin gün danışdılar".

Həmin üzük indi Qarabağın zəfəri ilə yanaşı, həm də Xudayarın ruhunu, vətən sevgisini özündə daşıyır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri