Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət: Polad Həşimovla İlqar Mirzəyevin qiymətli əşyaları FOTOLAR

Şəhidlərdən qalan əmanət: Polad Həşimovla İlqar Mirzəyevin qiymətli əşyaları FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Beş il əvvəl - 2020-ci ilin 14 iyulu… Bu tarix Azərbaycanın müasir tarixində xalqın illərlə sinəsində yığılan vətən sevgisinin, torpaq həsrətinin və qisas istəyinin alovlandığı gündür. Tovuz istiqamətində gedən döyüşlər zamanı Azərbaycanın qəhrəman zabitləri general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid oldular. Onların şəhadət xəbəri yalnız hərbi məlumat kimi dəyərləndirilmədi, bu xəbər yüzlərlə əsgərin, minlərlə vətəndaşın, milyonlarla azərbaycanlının qəlbinə toxundu.
Həmin gün Azərbaycan xalqı şəhid generalının və zabitlərinin arxasınca yumruq kimi birləşdi, həmin gün səfərbərlik idarələrinin qarşısında uzun növbələr yarandı. Tovuz döyüşlərində düşmənin təxribatına cavab olaraq, torpağa axan şəhid qanları müqəddəs oyanışın mayasına çevrildi. Polad Həşimovun adı artıq xalqın bütləşən obrazına, qürur simvoluna çevrildi. İlqar Mirzəyev və onun kimi döyüşən bütün qəhrəmanlar vətən uğrunda can verərək Azərbaycanın haqq səsinin carçısına döndü. 14 iyul zəfərə gedən yolun başlanğıcı oldu. Bu yol şəhidlərin qanı ilə sulanan, xalqın inamı ilə möhkəmlənən və 44 günlük Vətən müharibəsində zəfərlə nəticələnən yol idi. 
Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası 5 il əvvəl 14 iyl tarixində şəhid olan general-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyevə həsr olunur.
Polad Həşimovdan ailəsinə qalan ən əziz əşyanın nə olduğunu öyrənmək üçün onun həyat yoldaşı Ofelya Salmanova ilə həmsöhbət olduq. O, hər şəhid xanımı kimi, ilk olaraq Polad Həşimovun medalları və təltiflərini göstərdi. Bu bir ailə başçısının tək övladlarını, həyat yoldaşını yox, bütün vətənini qoruduğunun sübutu idi. Bu medallar xalqını səngərdə qoruyan zabitin ömür boyu daşıdığı şərəfin simvolu idi. Medallar onun vətənə həsr etdiyi həyatın səssiz şahidləri idi.


Amma Ofelya xanımın bizə göstərmək istədiyi başqa əşyalar da vardı…
15 noyabr 2006-ci il... Bu tarixdə Polad Həşimovun adına açılan tibb kitabçası... Bu kitabça onun sağlamlığı haqqında hər şeyi deyir. Ailəsindən uzaqda olan Polad Həşimovun səhhəti ilə maraqlanmaq bəlkə də qeyri-mümkün idi. Bu gün isə o kitabça Polad Həşimovun sağlamlıq vərəqi olmaqdan çox, onun ailəsindən uzaqda keçən illərinin susan şahididir. 


Polad Həşimovun peşəkarlığını göstərən stolüstü kitabı – “Azərbaycan Respublikasının Hərbi Qanunvericilik Ensiklopediyası”... Bu kitab Polad Həşimov hər gün vərəqləyirdi. İndi isə bu kitab peşəkarlığın, daim öyrənməyə, hazır olmağa çalışan zabitin simvolu idi. 

Onu hər gün xatırladacaq daha bir əşya... Hər axşam yeməyindən sonra əlinə aldığı təsbeh... 


Haradasa oxumuşdum. Bir gün nəyisə sonuncu dəfə edəcəyik, sonuncu dəfə kimisə qucaqlayacağıq, öpəcəyik, sonuncu dəfə adət halını alan işlərimizi görəcəyik, amma bunun sonuncu olduğunun fərqinə varmayacağıq. 
Polad Həşimov yəqin ki, ayın 14-dək günlərlə yatmamışdı, bir neçə gün əvvəl (və ya həmin gün) sonuncu dəfə cibindəki pulları sayıb (və ya heç saymadan) pulqabına qoyur, telefonunu söndürür, çəkməsiniı geyinib cəbhə xəttinə gedir. Bunların son olduğunu heç kim bilmir, özü də. Şəhid olduqdan sonra onu əbədiləşdirən əşyalardan bəziləri də bilinmədən, istənilmədən son olanlardır. Məsələn pulqabı kimi. İçində olan son pulu - 43 manat da həmçinin. 


Bir də ilklər var. Onun sondan ayıran əsas şey isə bilərəkdən edilməyidir. İlk dəfə sevdiyin birinə hədiyyə almaq, ilk dəfə onunla görüşmək, ilk dəfə onu evinə ötürümək. Bu ilklərin hamısını yaşadan hansısa əşya və ya şəkil olur. Həmin əşyadan o gün qarşındakı insanın necə göründüyünü, qoxusunun necə olduğunu, harada görüşdüyünüzü xatırlayırsan. Əşyaya baxırsan, amma gözünün qarşısına həmin gün, həmin adam gəlir, burnun həmin adamın qoxusunu alır. Bunları əşyadan çox həmin adamın ölümsüz xatirəsi edir. Ofelya xanım bu hisləri yəqin ki, şəklini bizə göndərdiyi, Polad Həşimovun ona ilk aldığı hədiyyədə - gümüş üzükdə duyur. Necə ki biz hər Qarabağa gedəndə, hər bayraq görəndə qəhrəmanımız yadımıza düşür, Ofelya xanım üçün eyni hisslər, bəlkə də daha artığı bu üzükdə gizlidir. Üzük isə təsadüfü seçilməmişdi, şəhidliyin təsadüfü seçilmədiyi kimi...

Bəzən bir əşya - sadə, gündəlik bir saat, bir bloknot, bir kitab insan üçün adi bir məişət predmetidir. Ta ki, həmin əşya sahibinin adı ilə, taleyi ilə, ölüm və həyatın sərhədində bir xatirəyə çevrilənə qədər…


Şəhid İlqar Mirzəyevin qızına atasından qalan ən əziz əşya onun döyüş zamanı üstündə olan hərbi qol saatıdır. 
İlqar Mirzəyevin qızı Gülnar Mirzəyevanın saat haqqında danışdıqlarından sonra müəllif kimi nəsə yazmaq daha da çətinləşir.
“Atamdan bizə qalan və mənim üçün ən mənalı əşyalardan biri onun döyüş zamanı üstündə olan hərbi qol saatıdır. Hadisələrdən əvvəl bu saat çox sadə, gündəlik bir əşya idi, bəlkə də minlərlə belə saatdan biri kimi görünürdü. Amma atam şəhid olduqdan sonra həmin qol saatı bizim üçün başqa bir məna qazandı. Bu saatın bizə təsəlli olan tərəfi odur ki, hər gün gecə 12:00-da zəng çalır. Atamın nə üçün o vaxtı seçdiyini bilmirik, bəlkə bir nizam üçün qurmuşdu, bəlkə də özünə aid bir səbəbi var idi. O səs sanki onun səsi kimi gəldi bizə uzun müddət. O zəng çalanda evin içində qısa bir sükut olurdu, hamımız o səslə bir növ rahatlıq tapırdıq. Nədənsə o səs bizə qəribə bir hiss bəxş edir, sanki atam hələ də aramızdadır. O səslə bəzən elə gəlir ki, gündəlik planlarını qurur, yenə öz nizamı ilə yaşayır. Bəlkə o vaxtı özü hansısa məqsədlə qurmuşdu, amma indi o sadə siqnal bizim üçün canlı bir izə çevrilib. Hər dəfə çalanda sanki atam bizə deyir: “Mən buradayam, sizinləyəm”".
Və biz anlayırıq ki, şəhidlərdən qalan əmanətlər həyatın davam etdiyini, amma heç vaxt unudulmadığını xatırladan ən səmimi səslərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri