Icma.az
close
up
RU
Şəhidlik zirvəsindən boylanmaq səadəti

Şəhidlik zirvəsindən boylanmaq səadəti

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid ömrünün 32 illiyi münasibətilə
44 günlük haqq savaşımızda Vətənin bütövlüyünü öz canından əziz tutub bu yolda şəhidlik zirvəsinə ucalan minlərlə qeyrətli oğlanlardan biri də Kənan İbrahimlidir.
Nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olan, bütün Azərbaycanın qeyrətli, mərd övladı tək ürəklərdə özünə əbədi yer edən Kənan Azad oğlu Cəlilabad rayonu, Adnalı kəndində dünyaya göz açıb. Ömür yolu 26 il olsa da, xalqı üçün böyük şərəf, iftixar mənbəyinə döndü. Vətən qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı ilə dastan yazan Kənanın keçdiyi yol əsl örnək məktəbidir.
Əzəldən qəlbi Vətənə sevdalanan Kənan orta məktəbi bitirib təhsilini Masallı Dövlət Regional Kollecində davam etdirib. Sağlam əqidəsi, amalı, Vətəninə, xalqına sevdalı qəlbi texnikumda ona qısa müddətdə sevgi, hörmət qazandırıb. İstedadlı, hərtərəfli biliyə malik olmaqla tələbələr arasında sayılıb-seçilib. Millətin ağrı-acını, sevincini, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran tələbə oğlan Qarabağımızı işğal etmiş erməni dığalardan qisas almaqdan ötrü alışıb-yanıb. Odur ki, 2017-ci il iyulun 15-də hərbi xidmətə çağırış vərəqəsi alanda ürəkdən sevinib. Əsgərliyi cəbhə bölgəsində keçən Kənan mərd, cəsur, ağıllı bir gənc olaraq tanınıb, xidmət boyu peşəkar minomyotçuya çevrilib. Vətəni, doğma torpağını canından əziz tutmaqla borcunu ləyaqətlə yerinə yetirib. Kənan 2019-cu ildə üzüağ əsgərlikdən geri qayıdıb və tələbəlik həyatına başlayıb. Amma düşməndən alacağı öcə hazır durub, əsir Qarabağımızın azadlığı naminə son damla qanına qədər düşmənlə döyüşüb şəhid olmağı belə özünə şərəf sayıb...
2020-ci il sentyabrın 21-də Kənan İbrahimliyə ikinci çağırış gəlib. Başa düşüb ki, bu dəfə işğal altında olan Vətən torpaqlarını azad etməyə gedir. Belə də olub, illərlə arzuladığı məqam yetişib. 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavəndin alınmasında gedən ağır müharibədə xüsusi hünər göstərib. Necə deyərlər, doğma Azərbaycanın daşına, torpağına olan ilahi sevgisini döyüşə qatıldığı ilk gündən göstərə bilib. Azad olunan Vətən torpaqlarına hər dəfə üç rəngli qələbə bayrağımız sancılananda Kənan yağıya qarşı daha amansız vuruşub. Qızğın döyüşlərin birin də düşmənlə üz-üzə gələn Kənan ondan yaşca kiçik olan döyüş yoldaşlarına ürək-dirək verib, hər kəsə yerindən tərpənməməyi tapşırıb. Səngərə çıxıb 4 düşməni məhv etməklə özü də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın yeni, şanlı tarixinə adını yazan qəhrəman Kənan İbrahimlinin igidliyi dövlət tərəfindən öz layiqli qiymətini alıbdır. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri