Icma.az
close
up
RU
Səhiyyə naziri xəsarət alanları ziyarət edib

Səhiyyə naziri xəsarət alanları ziyarət edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Səhiyyə naziri Teymur Musayev “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir müalicə almaq üçün Bakıya gətirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb.

Səhiyyə nazirinə məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyasının yaradıldığını vurğulayan nazir deyib: “Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə müvafiq tədbirlər görmək üçün zəruri tapşırıqlar verilib. Qazaxıstanda baş verən təyyarə qəzasında yaralanan həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib”.

Nazirin sözlərinə görə, həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı dünən Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti sabit və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir.

Səhiyyə naziri qeyd edib ki, qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.

Sonda Teymur Musayev yaralıların tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayaraq deyib: “Aviaqəzada xəsarət alan bütün Azərbaycan vətəndaşlarına Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində psixoloji və ehtiyac olduqda, tibbi reabilitasiya xidmətləri göstəriləcək”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri