Icma.az
close
up
RU
Səhiyyə nazirinin “mətbəxdə cərrahiyyə əməliyyatı”na görə cəzalandırılması tələb edilir

Səhiyyə nazirinin “mətbəxdə cərrahiyyə əməliyyatı”na görə cəzalandırılması tələb edilir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Səhiyyə naziri Teymur Musayevin cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur. Estetik əməliyyat nəticəsində həyatını itirən Səbirə Vəliyevanın anası Sara Qəhrəmanova onun cəzalandırılmasını istəyir.

Dərdli ana deyir ki, nazir parlamentdəki çıxışında onun qızının ölüm səbəbiylə bağlı gerçəyə uyğun olmayan fikirlər səsləndirib: “Teymur Musayev yalan olduğunu bildiyi halda, qızım barədə o fikirləri işlədib. Bu isə övladımın ruhuna höhmətsizlikdir, təhqirdir, böhtan atmaqdır. Nazirin səsləndirdiyi ifadələr dərhal müxtəlif media orqanlarında yayılıb. Nəticədə qızımın, mənim, ailəmin şərəf və ləyaqəti alçaldılıb, bizə böhtan atılıb”.

Nazir mayın 16-da Milli Məclisdə estetik cərrahlar barədə çıxışında 40 yaşlı S.Vəliyevanın ölümünün səbəbi və anasının şikayətçi olması barədə də danışıb: “O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, – istər tibb, istər mühəndislik və s. – buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”.

“Teymur Musayevin qızımın ölümü barədə yetərincə məlumatı vardı”

S.Qəhrəmanova deyir ki, qızının mətbəxdə əməliyyat olunmasını təsdiqləyən heç bir fakt yoxdur. S.Vəliyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ülviyyə İlyasova haqqında cinayət işinin materiallarında da göstərilib ki, “liposaksiya-piysovurma” əməliyyatı onun direktoru olduğu “AzE Estetik Mərkəz” MMC-də gerçəkləşdirilib. Həmin gün gecə saat 11 radələrində isə o, qaynı arvadı olan S.Vəliyevanı evinə aparıb. Gecəyarı S.Vəliyevanın vəziyyəti pisləşib. Ekspertizanın rəyinə görə, onun ölümünün səbəbi boyun, buxaq və çənə bucaqları, döş qəfəsi, qarın nahiyəsi, çanaq və başqa nahiyələrin liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olub.

Şikayətçi vurğulayır ki, qızının ölümüylə bağlı istintaq və məhkəmə gedən dövrdə dəfələrlə Səhiyyə Nazirliyinə üz tutub, nazir Musayevin də qəbulunda olub. Onu ekspertizanın rəyi, ittiham aktı və başqa sənədlər barədə bilgiləndirib: “Teymur Musayevin qızımın ölümü barədə yetərincə məlumatı vardı”.

S.Qəhrəmanova nazirin cəzalandırılmasından ötrü Yasamal rayon Məhkəməsinə şikayət edib. Məhkəməyə T.Musayevin özü gəlməyib, nümayəndəsi isə deyib ki, iddia əsassızdır, ümumiyyətlə, icraata götürülməməlidir.

“Milli Məclisin iclasında Teymur Musayevin dediklərinə diqqət edəndə məlum olur ki, Sara Qəhrəmanovanın nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir”, – nümayəndə belə deyib və əlavə edib ki, S.Vəliyevanın üzərində “Liposaksiya piysovurma” cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziya, sözügedən estetik mərkəzdə əməliyyatxana və laborator şərait olmayıb. Əməliyyatı icra edən Ü.İlyasovanın isə, ümumiyyətlə, tibb təhsili yoxdur: “Həmin cərrahi müdaxilədən sonra estetik mərkəzdə reanimasiya və ya intensiv terapiya şöbəsi olmadığından Səbirə Vəlivevaya lazımi tibbi yardım göstərilməyib”.

Məhkəmə nazirin Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələbiylə xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsini icraata götürüb baxmaqdan imtina edib.

Xatırlatma

S.Vəliyeva ötən ilin aprelində “AzE Estetik Mərkəz” MMC-də estetik əməliyyatdan sonra yaşamını itirib. Onun ölümünə görə estetik mərkəzin direktoru, qaynı arvadı Ülviyyə İlyasova cinayət məsuliyyətinə cəlb olunub. Bu ilin mayında Suraxanı rayon Məhkəməsinin hökmüylə o, Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələriylə təqsirli bilinib. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə, 3 il 2 ay cəza kəsilib.

Ü.İlyasova lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) psixologiya fakültəsini bitirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri