Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi “TİİM” MMC ilə 500 minlik müqavilə bağladı

Səhiyyə Nazirliyi “TİİM” MMC ilə 500 minlik müqavilə bağladı

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səhiyyə Nazirliyi bir gündə keçirdiyi 5 tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin bütün tenderlərinin qalibi bir şirkət olub.
Həmin tenderlərdən biri Qaradağ rayonu, Lökbatan qəsəbəsində tikintisi başa çatdırılmamış “240 çarpayılıq xəstəxana tikintisi” obyektinin mühafizəsi, orada saxlanılan əmlakın təhlükəsizliyi və qorunması ilə bağlıdır. “TİİM” MMC ilə bağlanılmış müqavilənin dəyəri 72.700,27 manat təşkil edir.
Bu şirkət həmçinin Mərkəzi Neftçilər Xəstəxanası üçün mühafizə xidmətini də həyata keçirəcək. Bu məqsədlə MMC-yə 178.701,37 manat ödəniləcək.
Üçüncü tender isə Qazax Mərkəzi Xəstəxanasının mühafizəsinin təşkildir. “TİİM” MMC udduğu bu tenderə görə, 93.850,59 manat qzanacaq.
Gəncə Narkoloji Dispanser üçün keçirilən müsabiqənin də qalibi eyni şirkət olub. Onlar da mühafizəni “TİİM”ə etibar ediblər. Və müqabilində şirkətə 66 min manat ödəyəcəklər.
Analoji vəziyyət Şirvan Mərkəzi Xəstəxanası üçün də keçərlidir. Tribunainfo.az bildirir ki, bu səhiyyə ocağının mühafizəsini də TİİM MMC reallaşdıracaq və tərəflər arasında 93.850,07 manatlıq müqavilə bağlanıb.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində belə məlum olub ki, “TİİM” MMC sistemli olaraq səhiyyə sahəsindəki mühafizə tenderlərinin qalibi olub. Belə ki, ötən il bu şirkətin Səhiyyə Nazirliyi ilə bağladığı müqavilələrin dəyəri bir neçə milyon manat olub. 2020-2022-ci illərdə də vəziyyət fərqli olmayıb. Bu şirkət nazirlikdən hər il milyonlarla manat qazanıb.
Səhiyyə Nazirliyinin TİİM-ə mühafizəyə dair bütün tenderlərini verməsinin konkret səbəbi məlum deyil. Nazirliyin rəhbərliyi ilə mühafizə şirkətinin başında duran şəxsin hansı əlaqələrə malik olması da bəlli deyil.
Nəzərinizə çatdıraq ki, TİİM MMC 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
İlham Manafov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri