Icma.az
close
up
RU
Səhiyyə Nazirliyində məşhur ingilis alimi ilə görüş olub

Səhiyyə Nazirliyində məşhur ingilis alimi ilə görüş olub

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun sabiq direktoru, beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşmış məşhur ingilis alimi, baronessa Syuzan Qrinfildin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

525.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqla görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb.

Teymur Musayev səhiyyə sahəsində də əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “İnnovativ avadanlıqların klinik praktikaya tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilən Böyük Britaniya səhiyyə sistemi (National Health Service – NHS) dünyada ən effektiv təşkil edilən səhiyyə sistemlərindən biridir. Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin keyfiyyəti və yüksəkixtisaslı mütəxəssislərin buraxılması ilə məşhurdurlar”.

“Azərbaycan Tibb Universitetinin, habelə ölkəmizin aparıcı tibb mərkəzlərinin "Royal Institution of Great Britain”, “Royal Liverpool University Hospital”, “University College London Hospital” və Böyük Britaniyanın digər dünyaşöhrətli universitetləri ilə əlaqələri ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafında vacib rol oynayır”, - deyə Azərbaycanın səhiyyə naziri bildirib.

Syuzan Qrinfild Böyük Britaniyanın Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. Beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayaq, baronessa Azərbaycanın paytaxtında təşkil olunan qlobal forumların hər zaman yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan Syuzan Qrinfild son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri