Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən növbəti XƏBƏRDARLIQ “Əgər hər hansı həkim elektron resept yazmaqdan imtina edərsə…”

Səhiyyə Nazirliyindən növbəti XƏBƏRDARLIQ “Əgər hər hansı həkim elektron resept yazmaqdan imtina edərsə…”

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü il yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplanmasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyir. Səhiyyə Nazirliyindən kağız reseptlərdən istifadənin  zamanla tamamilə aradan qaldırılacağı bildirilib.
Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir. Bəzi apteklərdə isə satıcılar ümumiyyətlə elektron reseptin nə olduğundan xəbərsizdirlər. Bu hal bir neçə aptekdə monitorinq aparan zaman məlum olub.
Halbuki Analitik Ekspertiza Mərkəzi mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hazırda ölkə ərazisində fəaliyyət göstərən apteklərin 95%-nin elektron reseptdən istifadə etdiyini açıqlayıb. Reallıq isə bunun əksini deyir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, hazırda bununla bağlı xüsusi işlər görülür:
“Digər apteklərin də Elektron Reseptdən istifadə etmək üçün yaradılan “Reseptim” mobil tətbiqinın yüklənilməsi ilə bağlı Səhiyyə Nazirliyinin “Rəqəmsal Səhiyyə Mərkəzi”nin mütəxəssisləri tərəfindən tibb işçiləri və aptek nümayəndələri üçün xüsusi vebinarlar və təlimlər təşkil edilir. Elektron Resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılar tərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulub və bu tətbiqə qoşulma prosesi olduqca sadədir. Bunun üçün müvafiq mobil cihazlara “Reseptim” mobil tətbiqini yükləmək kifayətdir.”
Səhiyyə Nazirliyindən o da qeyd olunub ki, hər  bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etmək hüququna malikdir. Həkimlər isə bu sistemi tətbiq edərək resepti pasiyentə elektron formada təqdim etməlidir.
Əgər hər hansı həkim “Elektron Resept” yazmaqdan imtina edərsə və ya apteklər bu sistem əsasında dərman vasitələrini təmin etməzsə, vətəndaşlar “Rəqəmsal Səhiyyə Mərkəzi”nin qaynar xəttinə (Telefon: +994 12 431 38 28, WhatsApp: +994 55 531 38 28) müraciət edə bilərlər.
Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri