Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən özəl sektorda yoxlamalarla bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən özəl sektorda yoxlamalarla bağlı AÇIQLAMA

Icma.az bildirir, Bakupost portalına istinadən.


Səhiyyə müəssisələrində aparılan planlı yoxlamalar zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilir.

Bakupost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, dövlət müəssisələrində planlı yoxlamalar həyata keçirilir, aşkarlanan nöqsanların aradan qaldırılması üçün verilən təkliflər nəzərə alınmadığı halda isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq olunur. Özəl sektorda isə yoxlamalar yalnız vətəndaş müraciətləri və ya mediada dərc olunan məlumatlar əsasında mümkündür:

"Əgər müraciətlərdə vətəndaşların həyat və sağlamlığı üçün birbaşa təhlükə, yoluxucu xəstəliklərin yayılması və ya epidemiya riski barədə faktlar qeyd olunursa, həmin yoxlamalar müvafiq reyestrdə qeydə alınaraq aparılır".

Kamil Dəmirli bildirib ki, ən çox şikayətlər mehmanxanalarda təmizlik və yataq dəstlərinin dəyişdirilməsi, gözəllik salonlarında isə sanitar normaların pozulması ilə bağlı olur. Onun sözlərinə görə, qaydalar otaqların dezinfeksiya edilməsini, yataq dəstlərinin mütəmadi dəyişdirilməsini və salonlarda alətlərin ya birdəfəlik istifadəsini, ya da dezinfeksiyasını tələb edir. Həmçinin dəriyə invaziv müdaxilələrin aparılması qadağandır və istifadə olunan kosmetik vasitələrin təhlükəsizliyini təsdiq edən sənədlər olmalıdır.

"Bu qaydalar infeksiyaların, o cümlədən hepatit kimi xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir", - deyə baş hüquqşünas vurğulayıb.

Sonda o əlavə edib ki, maddi ziyanla bağlı məsələlər üzrə vətəndaşların aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see168

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri