Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinə qadağa qoyulub Tender fırıldağına görə

Səhiyyə Nazirliyinə qadağa qoyulub Tender fırıldağına görə

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin bir müddət əvvəl keçirdiyi tenderlərin nəticələri ləğv olunub. Lakin bu proses təkcə nəticələrin ləğvi ilə bitməyib, həm də Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin bir sıra qadağaların tətbiq edilməsinə səbəb olub. 

MİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, Gəncə Birləşmiş Xəstəxanasının keçirdiyi iki tenderin ləğvi ilə bağlı dövlət xidməti 3 maddə tətbiq edib.

Şəhərdə yerləşən Z.Məmmədov adına xəstəxanananın cari təmiri və avadanlıqlara baxışın keçirilməsi və texniki aktın hazırlanması, rentgen aparatlarının torpaqlama müqavimətinin və otaqlarında hava axınının ölçülməsi və oksigen qovşaqlarının illik texniki xidməti və hissələrinin satın alınmaları üzrə iki açıq tenderin ləğvlərinin birinci səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 4.1.2-ci madddəsi olub. Həmin maddədə qeyd edilir ki, dövlət büdcəsi təsdiq edildikdən sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Amma satınalan tərəf bu işi ümumiyyətlə görməyib.

Ardından AİİBNX Səhiyyə Nazirliyinin keçirdiyi tenderdə həmin qanunun 38.2-ci maddəsini də pozub. Bu maddədə qeyd edilir ki, Gəncə Birləşmiş Xəstəxanasının tenderinə məsul olan Səhiyyə Nazirliyi prosesi həyata keçirərkən, qeyri-obyektivliyə yol verib, iddiaçılardan birini saxlayıb.

Dövlət xidməti belə qənaətə gəlib ki, Gəncədə keçirilən tender Səhiyyə Nazirliyinin bu hallara yolverməsi səbəbindən ləğv olunmalıdır. Üstəlik, tender keçirən komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməyəcəklər.

Amma Səhiyyə Nazirliyinin problemləri bununla da bitməyib. AİİBNX son iki gündə nazirliyin daha iki tenderini də ləğv edib. Ləğv olunan hər iki tender SN-in balansında olan İnnovasiya və Təhcizat Mərkəzinin elan etdiyi müsabiqə olub. Belə ki, tibb müəssisələri üçün ümumi profil təyinatlı tibbi sərfiyyat mallarının satın alınması ilə bağlı 397.099,50 manatlıq tender iştirakçı sayının normaya uyğun olmaması olub.

İkinci tender isə İnnovasiya və Təchizat Mərkəzində istifadə üçün nəzərdə tutulmuş lisenziyaların satın alınmasını əhatə edib və 75.760,72 manatlıq tenderin ləğvi lisenziyasız şirkətlərin tenderə qatılması olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri