Səhiyyə Nazirliyinin 729.5 minlik tenderi ləğv edildi
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
- +
Səhiyyə Nazirliyinin daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətinin planlaşdırdığı işə icazə verilməyib.
Belə ki, sözügedən qurum Səhiyyə Nazirliyinin Tabeliyində olan Tibb Müəssisələrinin əsaslı təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını reallaşdırmaq istəyib. Bunun üçün 729,5 min manat vəsait də ayırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunun tələblərinin pozulmasını əsas tutaraq, tenderin nəticələrini ləğv edib. Bundan başqa, Dövlət Xidməti nazirliklə bağlı AİBNDX/SQ-14308/2024 sayı qərar da təqdim edib.
Baxış sayı:113
Bu xəbər 20 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















