Icma.az
close
up
RU
Səhm və kripto bazarlarında vəziyyət necə olacaq? AÇIQLAMA

Səhm və kripto bazarlarında vəziyyət necə olacaq? AÇIQLAMA

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Biznes idarəçilik prinsiplərinin ABŞ-də dövlət idarəçiliyinə tətbiq edilməsindən sonra səhm bazarlarında ciddi bir enişlər gözlənilən idi. Bu, hələ başlanğıcdır”.

Ölkə.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, hazırkı mərhələdə bu vəziyyət daha çox davranış iqtisadiyyatı çərçivəsində izah olunur:

“Qorxu, qeyri-müəyyənlik və sürü psixologiyası səhm bazarında yaranan təlaşı artırır. Belə vəziyyətlərdə bazar iştirakçıları riskli aktivlərdən uzaqlaşıb nağd pula və daha təhlükəsiz sayılan qızıla, eləcə də daha etibarlı olan dövlət istiqrazlarına üz tuturlar.

Bəs proses nə qədər davam edə bilər? 

Əgər gərginliklər artarsa, bu çöküş davam edə bilər, amma dalğavari. Bu isə daha çox ABŞ və qarşı ölkələr arasında bu gün davam edən və yaxın günlərdə aparılacaq müzakirələrin nəticəsindən çox asılı olacaq. Hazırda 50-dən çox ölkə ABŞ-dən “daşı ətəyindən tökməy”i xahiş edib. Əgər ABŞ “daşı ətəyindən tök”sə, qısa müddətdə stabilləşmə ola bilər, daha sonra itirilmiş dəyərlərin bərpası tədricən mümkündür. Lakin hazırkı şəraitdə bu, real görünmür. Buna görə də digər böyük oyunçular da qlobal ticarətə dair proteksionist siyasətləri gücləndirə bilərlər. Bu zaman enişlər dərinləşə bilər. 

Odur ki, bu situasiyada həm fürsət var, həm də risk. Qısa müddətli dövr üçün risk bolluğu yaşansa da, uzunmüddətli dövr üçün fürsətlər yaranır. Bu baxımdan hazırda davranış iqtisadiyyatının “overreaction” (aşırı reaksiya) və “herd behavior” (sürü davranışı) elementləri müşahidə edilir. Belə vəziyyətə qorxu ilə reaksiya verənlər satış edəcək, amma rasional analiz edənlər üçün “alım fürsəti” yaranacaq. 

Bir sözlə, hazırda panikaya qapılıb heç bir səhmi, hansısa digər qiymətli kağızı, eləcə də kriptovalyutanı satmaq doğru deyil. Amma almaq olar, lakin bütün vasaitlə deyil, ehtiyatla, hissə-hissə almaq daha məsləhətdir. Çünki enişin bir qədər də davam etməsi mümkündür. Lakin bütün hallarda eniş düzxətli yox, qısa müddətdə dalğalanmalar davam edə bilər”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri