Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Səhnəmizə Şəfəq saçan teatr

Səhnəmizə Şəfəq saçan teatr

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Teatr həyatın, cəmiyyətin güzgüsüdür. Əhalinin sayı günbəgün artdıqca sənət ocaqlarına olan tələbat da çoxalır. Artıq yalnız şəhərin mərkəzində deyil, kənar rayon və qəsəbələrdə də yeni teatrlar fəaliyyət göstərir. Haqqında söhbət açacağım sənət məbədini başqalarından fərqləndirən əsas cəhət odur ki, burada daha çox cəmiyyəti maraqlandıran, düşündürən, tənqidi və sosial mövzuları ilə diqqət çəkən tamaşalar səhnəyə qoyulur. Əsas məqsəd, tamaşalar vasitəsilə həyatda və cəmiyyətdə olan çatışmazlıqları insanın özünə güzgü kimi tutub göstərməkdir.

Teatrın bədii rəhbəri gənc aktyor və rejissor Paşa Ağayevdir. Onunla söhbətimizdən də aydın oldu ki, teatr əslində 3 il bundan əvvəl yaradılıb. Lakin, bu ildən etibarən rəsmi ad altında fəaliyyət göstərir: 

- Mən özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alıram. 3-cü kurs tələbəsiyəm. 3 ildir ki, bu teatrı yaratmışıq. Əvvəllər müəyyən qurumların nəzdində fəaliyyət göstərirdik. Məsələn, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində bir sıra tamaşalar hazırlayıb teatrsevərlərə təqdim etmişik. Amma indi teatrın rəsmi adı da var. Şəfəq Teatrı adlanır. H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində ( Maştağa qəsəbəsi, Məmmədəli Şəfai küçəsi 35, Maştağa parkı ilə üzbəüz) fəaliyyət göstəririk. İlk tamaşamız yazıçı-dramaturq Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası olmuşdur. Bu tamaşa ilk dəfə Akademik Milli Dram Teatrında Xalq artisti, teatr rejissoru Azər Paşa Nemətov tərəfindən səhnəyə qoyulub. Ardınca, biz bu tamaşanı daha fərqli quruluşda səhnələşdirdik. Və 2023-cü il oktyabrın 20-də nümayiş olundu. Ötən mövsümdə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini tamaşaya qoyduq. Tamaşa çox böyük anşlaqla keçmişdi. Nurəddin Mehdixanlı, Həmidə Ömərova kimi aktyorlar gəlib tamaşada iştirak edərək xoş fikirlər səsləndirmişdilər. Daha sonra, narkomaniya ilə bağlı “Fələyin rəqsi” pyesini yazmışdım. Əsərin əsas qayəsi narkomaniyanın sənətdə göstərdiyi fəsadlar və bu faciədən çıxış yolu tapmaqdır. Hadisələr isə teatrda cərəyan edir. Bu tamaşa da xüsusilə, prokurorluq və polis əməkdaşları tərəfindən rəğbətlə qarşılanmışdı. Bu mövsümdə də yazdığım həmin pyes əsasında qurulan tamaşanı yenidən səhnələşdirmək fikrimiz var. Bu günə qədər də biz biletsiz, könüllü surətdə tamaşaçı qəbul etmişik və edirik. Bütün tamaşaçılar - həm böyüklər, həm də məktəbli dostlarımız tamaşalarımızı gəlib böyük maraqla izləyirlər. 

-Teatrın çox maraqlı və fərqli adı var. Belə bir ad qoymaq kimin seçimidir? Bu adı mən və teatrımızın teatrşünası Şəfiqə Vəliyeva qoymuşuq. Həmişə fikirləşirdik ki, nə ad qoyaq. Seçimlər arasında da həmişə şəfəq adı keçirdi. Bu adı qoymaqla qərara gəldik ki, incəsənətə yeni işıq saçmaq, teatr aləminə yeni nəfəs gətirmək lazımdır. Düşünürəm ki, “Şəfəq”imiz daim parlayacaq. Bütün bu çətinliklərə baxmayaraq, incəsənətə yenilik gətirə biləcəyik. 

- Teatr truppasının tərkibi daha çox kimlərdən ibarətdir?

Əsas məqsədimiz teatra fərqli tərzdə çalışan rejissorları cəlb etməkdir. İncəsəət Universitetini bitirən tələbələr var ki, bu sahədə özlərinə iş tapa bilmirlər. Onlara təklif etmişik ki, gəlsinlər, bizimlə çalışsınlar, təcrübə qazansınlar. Bu, həm teatrın inkişafı üçün, həm də fərqli üslubu olan aktyorlarla çalışmaq, onlarla birgə öyrənib inkişaf etmək üçün çox yaxşı seçimdir. Aktyor heyətinə gəlincə isə burada 8 yaşından tutmuş məktəbli, tələbə-aktyor peşəkar sənətkarlar əsas yer alır. İncəsənətə böyük marağı olan məktəblilərə şərait yaradırıq ki, səhnəni peşəkar aktyorlarla bölüşsünlər, müəyyən təcrübə qazansınlar. Bu sahəyə marağı olan hər kəs teatrın instagram səhifəsinə (sefeq.teatr) daxil olaraq bizimlə əlaqə saxlaya bilərlər. Həftə içi və həftə sonları  teatrda məşq proseslərinə də qatıla bilərlər. Biz də həmin şəxslərin istedadını yoxlayıb teatr truppasına əlavə edə bilərik. Bu ilin iyun ayında da biz kastinqlər keçirtmişdik. Maştağa ərazisi və digər yaxın yerlərdən məktəblilər, tələbə-aktyorlar müraciət etmişdilər. Bu seçimlər sayəsində xeyli sayda istedadlı şəxslər kəşf edə bildik.

-Qeyd etdiniz ki, ötən mövsümlərdə müəyyən tamaşalar səhnəyə qoymusunuz. Bu mövsümdə hansı yeniliklər var?

Bəli. Oktyabrın 9-da yeni mövsümün ilk tamaşası – “Arşın mal alan” operettasının premyerası olacaq. Biz bu tamaşanı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə səhnələşdirmişik. Tamaşa 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, H.Abbasov adına Mədəniyyət Mərkəzi və Şəfəq Teatrının birgə layihəsi olaraq hazırlanıb. Oktyabrın 11-də isə yazıçı-dramaturq Əli Əmirlinin “Ah bu uzun sevda yolu” tamaşası oynanılacaq. Hər iki tamaşaya giriş sərbəstdir. Uşaq yazıçısı, dramaturq Süleyman Sani Axundovun “Qaraca qız” əsərini səhnəyə qoymuşuq. Yaxın aylarda premyerası olacaq. Bildiyimiz kimi, gələn il Azərbaycan teatr və kino aktrisası Amalya Pənahovanın 80 ilik yubileyi keçiriləcək. Bu münasibətlə yeni tamaşa səhnəyə qoymağı düşünürük. Daha sonra, yeni mövsümdə rus ədəbiyyatının klassiklərindən olan Nikolay Vasilyeviç Qoqolun “Bir dəlinin xatirə dəftəri” povesti əsasında “Bir dəlinin qeydləri” monotamaşasını hazırlamağı planlaşdırırırq. Tamaşanın rejissoru Anar Atakişiyev, ifaçısı isə özüməm. Ümumiyyətlə, bu mövsüm ərzində 6-7 tamaşamız oynanılacaq. 

-Qastrol səfərlərinə getməyi necə, planlaşdırırsınızmı?

Bu mövsümdə də yeni qastrol səfərlərimiz olacaq. Ötən mövsümdə Şağan Mədəniyyət Mərkəzində “Ah bu uzun sevda yolu” tamaşasını nümayiş etdirmişdik. Bizi çox yüksək səviyyədə qarşıladılar. Orada, həmçinin bir neçə tamaşalar  səhnələşdirmişik. Ümumiyyətlə isə müxtəlif festivallara qatılmağı və qastrol səfərlərində iştirak etməyi düşünürük.  

-Teatrın gələcək planlarına nələr daxildir?

Yaxın gələcək planlarımız arasında həm yerli dramaturqların əsərlərinə müraciət etmək, həm də dünya klassiklərini tamaşaçılarımıza təqdim etmək fikri var. Dediyim kimi, müxtəlif teatr festivallarında iştirak etmək və bölgələrdə qastrol səfərlərinə çıxmaq da məqsədlərimiz sırasındadır. Şəfəq Teatrı gənc istedadların inkişafına dəstək göstərməyi vacib hesab edir. Bu məqsədlə teatr daxilində həvəskar gənclər üçün aktyorluq, səhnə danışığı, səhnə hərəkəti və digər istiqamətlərdə təlimlər keçirməyi də planlaşdırırıq. Baxmayaraq ki, heç bir maliyyə dəstəyimiz yoxdur, tamaşalarımızı sıfır büdcə ilə hazırlayırıq, geyim, dekorasiya və digər texniki məsələlərdə müəyyən çətinliklərlə üzləşirik yolumuzdan və hədəflərimizdən dönmürük. Bizimlə olan hər kəsə xüsusi təşəkkürümüzü bildiririk.

-Biz də Sizə təşəkkür edirik, Paşa bəy. Uğurlarınız daim olsun!

Söhbəti qələmə aldı:
Fidan Salmanova
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri