Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhranın yeni xəritəsi: ABŞ yerləşir, Colani legitimləşir

Səhranın yeni xəritəsi: ABŞ yerləşir, Colani legitimləşir

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Əl-Sin… digər adı ilə Sayqal.
Suriya səhrasının sükutunda dayanan bu baza bütün Yaxın Şərqin tarazlığını sarsıdacaq bir daş kimidir...
2024-cü ilin sonlarında, “Heyət Tahrir əş-Şam”ın (HTŞ) Əsəd rejiminə qarşı apardığı uğurlu əməliyyat Suriyadakı bütün silahlı qrupları yenidən masaya çəkdi. Bu dövrdə önə çıxan qruplardan biri də ABŞ tərəfindən dəstəklənən “İnqilabçı Komando Ordusu” (İKO) idi. Rejim qüvvələrinin xaosa qərq olmasından yararlanan qrup, Əl-Tanfdan Palmiraya qədər irəlilədi və yeni bir aktor kimi masa arxasına əyləşdi.
2025-ci ilin may ayında ABŞ-nin dəstəklədiyi İKO Sayqal Hərbi Hava Bazasını nəzarətə götürdüyünü elan etdi. İranın uzun illər silah daşınması üçün istifadə etdiyi, Rusiyanın radar sistemləri ilə təchiz etdiyi və İsrailin “yüksək risk zonası” kimi qiymətləndirdiyi bu baza, ABŞ-nin Suriyanı tam olaraq ələ almaq planının əsas elementinə çevrildi.
Bu gün Sayqal yalnız hava bazası deyil - ABŞ-nin bütün Yaxın Şərqə nəzarət etmə, İsrailin təhlükəsizliyini təmin etmə və yeni Suriya hökumətini Qərb oxuna inteqrasiya etmə strategiyasının əsas hərbi dayağıdır. Sualımız isə belədir: Pentaqon Suriyanın mərkəzində həqiqətən də terroru bitirməyə çalışır, yoxsa bütün regionu öz maraqları çərçivəsində nəzarətə götürməyə çalışır?
Sayqal Hərbi Bazasının inşası 1960-cı illərə təsadüf edir. Soyuq Müharibə zamanı SSRİ-nin dəstəyi ilə formalaşdırılan baza ABŞ kəşfiyyatı tərəfindən ilk dəfə 1967-ci ildə aşkarlanıb. 1973-cü il Yom Kippur müharibəsi zamanı MiQ-21 eskadrilyası dislokasiya olunub. 1980-ci illərdən etibarən isə Sayqal, Suriyanın ən inkişaf etmiş hərbi hava qüvvələri bazalarından birinə çevrilib. Beləliklə, Əl-Sin Dəməşq hava hücumundan müdafiə sisteminin şərq cinahını təşkil edən strateji bir qalxan funksiyası qazanıb.
2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayanda baza müxalif qrupların və İŞİD-in hədəfinə çevrilib. Bəşər Əsəd bazanı yalnız Rusiyanın hava dəstəyi ilə əlində saxlaya bilib. 2018-ci ildən etibarən İranın İslam İnqilabı Keşikçiləri Korpusu Sayqal bazasından logistik mərkəz kimi istifadə etməyə başlayıb. 2024-cü ilin sonunda Əsəd rejiminin çökməsi ilə bu baza artıq tamamilə yeni bir məna qazanıb.
Dəməşqdən 80 kilometr şimal-şərqdə yerləşən Sayqal bazası Bağdad yolu üzərində yerləşir. Buradan Suriyanın paytaxtını tam olaraq nəzarətdə saxlamaq mümkündür. Yəni Dəməşq istiqamətindəki bütün hərəkətliliyi Sayqaldan izləmək mümkündür... Buna hərbi dislokasiyalar da daxildir.
Əl-Sin bazasının yerləşdiyi ərazi həm hərbi, həm də enerji dəhlizlərinin kəsişdiyi strateji bir nöqtə və Şərqi Aralıq dənizi ilə Fars Körfəzini birləşdirən strateji qovşaqdır. Baza ətrafındakı düzənlik sahə radar və müşahidə sistemlərinin effektiv şəkildə işləməsinə imkan yaradır. Bura yalnız quru yollarına deyil, eyni zamanda Dəməşq-Tanf-Deyr əz-Zor istiqamətindəki hava məkanına da nəzarət imkanı yaradır.
Şam səhrasını əlində saxlayan Sayqalın əhəmiyyətini marağında olan tərəflər üçün bu cür qiymətləndirə bilərik:
İsrail üçün bura bölgədəki riskləri öncədən müəyyənləşdirmə imkanı verəcək bir nöqtədir. Burada qurulacaq olan radar və kəşfiyyat şəbəkələrinin ABŞ nəzarətində olması Təl-Əvivə Colandan Deyr əz-Zora qədər uzanan bölgədə mümkün təhdidləri operativ şəkildə neytrallaşdırmağa şərait yaradacaq.
ABŞ üçün bura Yaxın Şərqin mərkəzində, həm quru, həm də hava məkanını eyni anda izləyə bilən, Livan-Suriya-İraq-İordaniya xəttində sabitliyi təmin edəcək və regiondakı bütün hərəkətliliyi nəzarətdə saxlaya biləcək olan müşahidə-koordinasiya mərkəzidir. Vaşinqton bu baza vasitəsilə həm Dəməşq üzərində hərbi-siyasi təzyiqini saxlaya biləcək, həm də İsrailin təhlükəsizlik strategiyasını dəstəkləyə biləcək. Bu da, nəticə olaraq, beynəlxalq koalisiyanın Suriyadakı fəaliyyət imkanlarını genişləndirəcək və bölgədəki hərbi-diplomatik nəzarət xətti tam şəkildə formalaşmış olacaq.
Suriya üçün bura ölkənin milli müdafiə sisteminin onurğa sütunu, paytaxtın şərqə açılan qapısı və hərbi manevr mərkəzidir. ABŞ-nin dəstəklədiyi birləşmələrin burada daimi mövcudluğu Dəməşq hakimiyyəti üzərində faktiki strateji təzyiq yaradır. Yeni keçid hökuməti baxımından bu vəziyyət həm təhlükəsizlik, həm də suverenlik aspektindən tarazlıq axtarışını qaçılmaz edir.
Bu tarazlıq axtarışının digər yansıması da Əhməd əl-Şaraanın Ağ Evə gözlənilən səfəridir. Vaşinqton administrasiyası Suriyanın yeni hökumətini “İŞİD-ə qarşı beynəlxalq koalisiya”ya daxil etmək istəyir. Əgər bu reallaşarsa, ABŞ, Suriyanı rəsmi şəkildə koalisiyanın bir hissəsinə çevirməklə, öz regional strategiyasını hüquqi əsasda legitimləşdirəcək. Bu təşəbbüs Vaşinqton baxımından həm Suriyadakı hərbi varlığını institusional səviyyədə möhkəmləndirmək, həm də bölgədəki güc balansını öz xeyrinə dəyişmək üçün əhəmiyyətli manevrdir.
Şaraa üçün isə bu proses ölkəsini yenidən qurmaq, beynəlxalq dəstək qazanmaq, legitimlik əldə etmək və xarici yardımlara çıxış imkanı qazanmaq baxımından həlledici andır. Suriyanın yenidənqurma mərhələsində ABŞ ilə qurulacaq bu əlaqə Şaraaya həm təhlükəsizlik, həm də iqtisadi dəstək baxımından bir növ “qoruyucu qalxan” təmin edə bilər. Yəni, Suriya koalisiyaya üzv olaraq sanksiyaların yumşaldılmasına və iqtisadi dəstəyin əldə edilməsinə nail ola bilər. Lakin bu prosesin daxili auditoriyaya qəbul etdirilməsi elə də asan deyil. Bəzi radikal qruplar ABŞ ilə əməkdaşlığı “xarici himayə” kimi qiymətləndirir, keçmiş rejim üzvləri isə bu tərəfdaşlığı “dövlətə xəyanət” kimi təqdim edir.
Beləliklə, ABŞ-nin Şaraa hökumətini beynəlxalq koalisiyaya daxil etmə planı həm hər iki tərəfin strateji maraqlarını birləşdirir, həm də yeni Suriyanın istiqamətini müəyyənləşdirəcək nöqtə kimi görünür.
ABŞ-nin Sayqal bazasına yerləşməsi Suriyanın 14 illik müharibəsindən sonra formalaşan yeni təhlükəsizlik arxitekturasının təzahürüdür. Lakin bu arxitekturanın kövrəkliyi də açıq şəkildə görünməkdədir: Əgər Şaraa hökuməti daxili sabitliyi təmin edə bilməz və kürdlərlə razılaşma yolunu tapmazsa, Sayqal təkcə bir baza deyil, yeni bir toqquşmanın ön cəbhəsinə çevriləcək.
Bu gün Sayqal səhranın ortasında dayanan bir rəmzdir: bir tərəfdə Amerika strategiyası, digər tərəfdə isə Yaxın Şərqin dəyişən ruhu...
Nəsir Ağayev
Qeyd: Müəllifin fikirləri öz mövqeyini əks etdirir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri