Icma.az
close
up
RU
Şəhriyar Əliyev: Bu halda klublar arasında uçurum çox olacaq MÜSAHİBƏ İdman və Biz

Şəhriyar Əliyev: Bu halda klublar arasında uçurum çox olacaq MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin Sportal.az saytına müsahibəsi

- Türkiyə toplanışı necə keçdi, komandanı tam olaraq mövsümün ikinci yarısına hazır hesab edirsən?

- Toplanışımız yaxşı keçdi. Həm fiziki durumumuzu yüksəltməyə çalışdıq. Üstəlik, taktiki gedişləri çox çalışdıq. Fasilə o qədər çox olmadı ki, komanda formadan düşə. Toplanışdan sonra ilk oyunlar çətin keçir. Amma oyundan-oyuna daha yaxşı formaya düşək.

- Türkiyə toplanışında "Qloriya" və "Paxtakor"la oynadınız. Bu matçlarda istədiyiniz oyunu göstərə bildiniz? Səncə, hansı matçda daha yaxşı idiniz?

- Yoldaşlıq görüşlərində nəticənin önəmi olmur. Baş məşqçimizin verdiyi tapşırıqlar var idi, onları yerinə yetirməyə çalışdıq. Oyundan-oyuna da daha ideal formaya düşmək istəyirik. Baş məşqçimizin xüsusi tapşırıqları var idi ki, bu cür oynamaq lazımdır. Biz də həmin oyun üslubunda oynamağa çalışdıq. Burada əsas nəticə yox, baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.

- Qışda ölkə xaricinə yollanmış yeganə komanda "Turan Tovuz" idi. Səncə, bunun digər klublarla müqayisədə sizə üstünlük qazandıracaq?

- Türkiyəyə getməyimizin əsas səbəblərindən biri stadion amili idi. Bu dəqiqə stadion tapıb, məşq etmək çətindir. Türkiyədə meydançaların olması, hava şəraiti məşqlərin yaxşı keçməsinə kömək oldu.

- "Turan Tovuz" üç transferi reallaşdırıb. Rəhim Sadıqov və Orxan Əliyevi daha yaxından tanıyırsan. Onlara qarşı oynamısan. Müdafiəçi olaraq, onlara qarşı oynamaq çətinlik törədirdi? Digər rusiyalı haqda hansı fikirdəsən?

- Əlbəttə, Rəhim də, Orxan da yaxşı futbolçudur. Çempionatdan onları tanıyırıq. Düşünürəm ki, onlar komandamıza xeyir verəcək. Antonu da qeyd edərdim. Artıq məşqlərdə də hamısını görmüşük. Fikrimcə, komandaya xeyir verəcək oyunçulardır. Yeni transferlərimizə də uğurlar arzulayıram.

- Mövsümü də ən azından indiki pillədə başa vurmağınızı real hesab edirsən? Yoxsa, rəqiblər sizə fərqli və daha ciddi yanaşacaq deyə, düşünürsən ki, mövsümün ikinci yarısında işiniz ilk yarısından daha da çətin görünür?

- Biz də istəyirik ki, ən azından sezonu üçüncü pillədə başa vuraq. Çempionatın ikinci hissəsi çox çətin olacaq. Mövsümün ilk hissəsi də çətin idi, xallar itirdiyimiz oyunlar oldu. Bəlkə də daha çox xal qazana bilərdik. Amma ikinci hissədə rəqiblər bir-birini daha yaxşı, daha çox tanıyır. Rəqiblər də güclənir. Çempionatın ilk turları elədir ki, itirdiyin xalları kompensasiya edirsən. O yer uğrunda da var gücü ilə mübarizə aparacaq. Biz, “Zirə”, “Sabah”, “Neftçi” yer urğudan mübarizə aparacaq. Maksimumuzu verəcəyik ki, ən azından o pillədə qalaq.

- Mövsümün ikinci yarısına Qərb derbisi ilə başlayacaqsız. "Kəpəz"lə görüş haqda hansı fikirdəsən? Onları məğlub etmək mümkün olacaq?

- Derbidir. “Kəpəz” son pillələrdə olsa da, bu oyunlara ciddi yanaşıblar. Bu mövsüm də hər iki görüş çətin olub. Derbiyə fərqli motivasiya ilə çıxırsan. Çətin olacaq. Çalışacağıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək, yaxşı nəticə qazanmaq istəyirik.

- Son olaraq, legioner limitinin ləğvi məsələsi haqda fikrini öyrənmək istəyərdim. Gündəm və aktual mövzulardan biri məhz legioner limitinin böyük ehtimalla ləğvi məsələsidir. Səncə, yerli futbolçulara necə təsit edə bilər bu qərar? Klub tapmaq və karyerası baxımından...

- Rəsmi qərar verilməsə də, düşünürəm ki, gec-tez o qərar veriləcək. Şəxsi fikrim budur ki,çempionatda yerli oyunçular oynamalıdır. Legioner limitinin ləğvinə səbəb nədir, bilmirəm. Düzdür, rəqabətdən qorxmuruq. Sona qədər mübarizə aparırıq. Azərbaycanlı futbolçular çempionatda oynamalıdır. Bəlkə millinin inkişafı üçün fikirləşiblər. İmkanı olan klublar legioner gətirib oynadacaq, imkansızlar gətirə bilməyəcək. Klublar arasında uçurum çox olacaq. Rəqabət hiss olunacaq. Mənə görə azərbaycanlı futbolçular liqamızda oynamalıdır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri