Icma.az
close
up
RU
Şəhriyar Əliyev: Çempionatda azərbaycanlı futbolçular oynamalıdır, amma rəqabətdən qorxmuruq MÜSAHİBƏ

Şəhriyar Əliyev: Çempionatda azərbaycanlı futbolçular oynamalıdır, amma rəqabətdən qorxmuruq MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- Türkiyə toplanışı necə keçdi, komandanı tam olaraq mövsümün ikinci yarısına hazır hesab edirsən?

Toplanışımız yaxşı keçdi. Həm fiziki durumumuzu yüksəltməyə çalışdıq. Üstəlik, taktiki gedişləri çox çalışdıq. Fasilə o qədər çox olmadı ki, komanda formadan düşə. Toplanışdan sonra ilk oyunlar çətin keçir. Amma oyundan-oyuna daha yaxşı formaya düşək.

- Türkiyə toplanışında "Qloriya" və "Paxtakor"la oynadınız. Bu matçlarda istədiyiniz oyunu göstərə bildiniz? Səncə, hansı matçda daha yaxşı idiniz?

Yoldaşlıq görüşlərində nəticənin önəmi olmur. Baş məşqçimizin verdiyi tapşırıqlar var idi, onları yerinə yetirməyə çalışdıq. Oyundan-oyuna da daha ideal formaya düşmək istəyirik. Baş məşqçimizin xüsusi tapşırıqları var idi ki, bu cür oynamaq lazımdır. Biz də həmin oyun üslubunda oynamağa çalışdıq. Burada əsas nəticə yox, baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.

- Qışda ölkə xaricinə yollanmış yeganə komanda "Turan Tovuz" idi. Səncə, bunun digər klublarla müqayisədə sizə üstünlük qazandıracaq?

Türkiyəyə getməyimizin əsas səbəblərindən biri stadion amili idi. Bu dəqiqə stadion tapıb, məşq etmək çətindir. Türkiyədə meydançaların olması, hava şəraiti məşqlərin yaxşı keçməsinə kömək oldu.

- "Turan Tovuz" üç transferi reallaşdırıb. Rəhim Sadıqov və Orxan Əliyevi daha yaxından tanıyırsan. Onlara qarşı oynamısan. Müdafiəçi olaraq, onlara qarşı oynamaq çətinlik törədirdi? Digər rusiyalı haqda hansı fikirdəsən?

Əlbəttə, Rəhim də, Orxan da yaxşı futbolçudur. Çempionatdan onları tanıyırıq. Düşünürəm ki, onlar komandamıza  xeyir verəcək. Antonu da qeyd edərdim. Artıq məşqlərdə də hamısını görmüşük. Fikrimcə, komandaya xeyir verəcək oyunçulardır. Yeni transferlərimizə də uğurlar arzulayıram. 

- Mövsümü də ən azından indiki pillədə başa vurmağınızı real hesab edirsən? Yoxsa, rəqiblər sizə fərqli və daha ciddi yanaşacaq deyə, düşünürsən ki, mövsümün ikinci yarısında işiniz ilk yarısından daha da çətin görünür?

Biz də istəyirik ki, ən azından sezonu üçüncü pillədə başa vuraq. Çempionatın ikinci hissəsi çox çətin olacaq. Mövsümün ilk hissəsi də çətin idi, xallar itirdiyimiz oyunlar oldu. Bəlkə də daha çox xal qazana bilərdik. Amma ikinci hissədə rəqiblər bir-birini daha yaxşı, daha çox tanıyır. Rəqiblər də güclənir. Çempionatın ilk turları elədir ki, itirdiyin xalları kompensasiya edirsən. O yer uğrunda da var gücü ilə mübarizə aparacaq. Biz, “Zirə”, “Sabah”, “Neftçi” yer urğudan mübarizə aparacaq. Maksimumuzu verəcəyik ki, ən azından o pillədə qalaq.

- Mövsümün ikinci yarısına Qərb derbisi ilə başlayacaqsız. "Kəpəz"lə görüş haqda hansı fikirdəsən? Onları məğlub etmək mümkün olacaq?

Derbidir. “Kəpəz” son pillələrdə olsa da, bu oyunlara ciddi yanaşıblar. Bu mövsüm də hər iki görüş çətin olub. Derbiyə fərqli motivasiya ilə çıxırsan. Çətin olacaq. Çalışacağıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək, yaxşı nəticə qazanmaq istəyirik.

- Son olaraq, legioner limitinin ləğvi məsələsi haqda fikrini öyrənmək istəyərdim. Gündəm və aktual mövzulardan biri məhz legioner limitinin böyük ehtimalla ləğvi məsələsidir. Səncə, yerli futbolçulara necə təsit edə bilər bu qərar? Klub tapmaq və karyerası baxımından...

Rəsmi qərar verilməsə də, düşünürəm ki, gec-tez o qərar veriləcək. Şəxsi fikrim budur ki,çempionatda yerli oyunçular oynamalıdır. Legioner limitinin ləğvinə səbəb nədir, bilmirəm. Düzdür, rəqabətdən qorxmuruq. Sona qədər mübarizə aparırıq. Azərbaycanlı futbolçular çempionatda oynamalıdır. Bəlkə millinin inkişafı üçün fikirləşiblər. İmkanı olan klublar legioner gətirib oynadacaq, imkansızlar gətirə bilməyəcək. Klublar arasında uçurum çox olacaq. Rəqabət hiss olunacaq. Mənə görə azərbaycanlı futbolçular liqamızda oynamalıdır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri