Şəhriyar Əsgərov: Liqadakı uğursuzluğu kubokda kompensasiya etməyə çalışacağıq
Icma.az bildirir, Report.az portalına istinadən.
Liqadakı uğursuzluğun əvəzini heç olmasa kubokda kompensasiya etməyə çalışacağıq.
"Report"un məlumatına görə, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis "Abşeron"a qarşı bu gün keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu, fərqli turnirdir. Matça yaxşı hazırlaşmışıq. Bu mərhələ bir qarşılaşmadan ibarətdir. Bir matçla kifayətlənmək istəmirik. Məncə, şansımız da az deyil. Çünki burada "3+2" sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər".
Ş.Əsgərov rəqibi təhlil etdiklərini söyləyib:
"Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqqında düşünürük. Alınsa, çox sevinərik".
Qeyd edək ki, "Abşeron" - "Quba" görüşü bu gün, saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















