Şəhriyar Məmmədyarov finalda Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı duelində tay-brek keçirilib.
Tay-brekdə qələbə qazanan Ş. Məmmədyarov 3,5-2,5 hesablı qələbə ilə adını finala yazdırıb.
Sabah Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.
Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova-Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15-00-da başlayır.
Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də “Landmark” Biznes Mərkəzində təşkil olunacaq.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Fevral 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















