Şəhriyar Məmmədyarovdan heç heçə, Nicat Abasov uduzdu
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.
QOL.az xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimliylə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb. Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.
Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb.
Bu gün yarışda 1/8 finalın cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, “Landmark” Biznes Mərkəzində təşkil olunan Azərbaycan çempionatında yarışlar hər gün saat 15-də başlayır.
Baxış sayı:99
Bu xəbər 12 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















