Icma.az
close
up
RU
Şeirimizdə və yazılı abidələrimizdə insan haqları elmi sessiya

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları elmi sessiya

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Şeirimizdə və yazılı abidələrimizdə insan haqları” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 İyun – Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş tədbiri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açıb. O, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, bu gün Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində müasir qanunvericilik bazasına, fəaliyyət göstərən institusional mexanizmlərə və beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir. İnsan hüquqlarının təminatı dövlət idarəçiliyinin, sosial siyasətin, məhkəmə-hüquq islahatlarının və vətəndaş cəmiyyətinin inkişafının ayrılmaz tərkib hissəsinə çevrilib.

O, 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin qəbul edildiyini xatırladaraq, bu sənədin insanların irqindən, cinsindən, dilindən, dinindən və ya sosial mənşəyindən asılı olmayaraq təməl hüquq və azadlıqlarını müəyyən etmək məqsədi daşıdığını bildirib.

Ədəbiyyatın hər zaman insan hüquqlarının müdafiəçisi kimi çıxış etdiyini deyən akademik Rafael Hüseynov dünya ədəbiyyatı tarixində ilk qaynaq olaraq “Kitabi-Dədə Qorqud” dastanlarında qadın hüquqlarının əsas xüsusiyyətlərinin yer aldığını bildirib. O, həmin xəttin milli ədəbiyyatımızda davam etdiyini, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində insan hüquqları, azadlıq, ədalət və bərabərliyin mərkəzi yer tutduğunu söyləyib. Bildirib ki, Nizami Gəncəvinin əsərlərində hər bir insanın cinsindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq yüksək dəyərə malik olduğu təbliğ edilir, qadın hüquqları müdafiə olunur və müdriklik əsas insan azadlığı kimi dəyərləndirilir. Şair yaradıcılığında əxlaqa, qanunlara və xalqın rifahına üstünlük verən ideal hökmdar obrazını, ədalətli idarəçilik ideyasını formalaşdırıb.

Direktor qeyd edib ki, Nizaminin böyük müasiri olmuş Məhsəti Gəncəvinin əsərlərində insan hüquqları ideyaları əsasən humanizm, qadın azadlığı, sosial ədalət və şəxsiyyətin azadlığı prinsipləri üzərində qurulub.

Onun sözlərinə görə, XIV əsrdə İmadəddin Nəsimi hürufizm fəlsəfəsinə və sufizmə əsaslanaraq, insanı ilahi gözəlliyin və kamilliyin mərkəzi hesab edib. O, insanı ən ali varlıq kimi ucaldıb, bütün insanların bərabərliyini, şəxsi ləyaqətini və azadlığını müdafiə edib.

Akademik Rafael Hüseynov qeyd edib ki, XV-XVI əsrlərdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Şah Qasım Ənvar və digər böyük şairlərin əsərlərində də insan hüquqları vacib amil kimi tərənnüm edilir. Bundan başqa, ayrı-ayrı klassiklərimiz insan hüquqları ilə bağlı müxtəlif kitablar ərsəyə gətiriblər. Məsələn, dahi Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin XIII əsrdə qələmə aldığı “Əxlaqi-Nasiri” əsərində insan hüquqları humanizm, ədalət və bərabərlik prinsiplərinə əsaslanır.

Çıxışının sonunda direktor deyib: “Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, insan hüquqlarının qorunması ölkənin strateji inkişaf kursunun əsas istiqamətlərindən biri olaraq qalır. Hüququn aliliyi, sosial ədalət, vətəndaş rifahı və insan amilinə verilən yüksək dəyər Azərbaycan dövlətinin gələcək inkişafında da aparıcı prinsiplər kimi mühüm rol oynamaqda davam edəcək”.

Elmi sessiyada “Kitabi-Dədə Qorqud dastanında dövləti-hüquqi həyat”, “Cabir Novruz poeziyasında insan haqları ideyasının bədii ifadəsi”, “XII əsr Azərbaycan yazılı abidələrində qadın hüquqları. “Munisnamə” nümunəsində” mövzularında məruzələr dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri