Icma.az
close
up
RU
Şəkərsiz diabet ola bilərsiz Həkimdən xəbərdarlıq

Şəkərsiz diabet ola bilərsiz Həkimdən xəbərdarlıq

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir rast gəlinən xəstəlikdir.

Orqanizmə daxil olan suyun miqdarı azaldıqda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi baş verdikdə böyrəklər kompensator olaraq daha az sidik ifraz edir, bununla da maye balansını pozmuş olur.

"Medicina" xəbər verir ki, 7 nömrəli Şəhər Poliklinikasının həkim-endokrinoloqu Gülər Niftəliyevanın sözlərinə görə, şəkərsiz diabet antidiurek hormonun ifrazının azalması və ya böyrəklərin bu hormonun təsirinə həssaslığının zəifləməsindən yaranan xəstəlikdir:

“Buna beyin şişləri, neyrocərrahi əməliyyatlar, kəllə-beyin travmaları, mərkəzi-sinir sisteminin zədələnməsi ilə müşahidə olunan infeksiyalar və toksinlər səbəb ola bilər. Həmçinin, bəzi böyrək xəstəlikləri, idiopatik olaraq anticisimlərin yaranması, eləcə də irsi patologiyalar da bu xəstəliyin etiologiyasında rol oynayır”.

Şəkərsiz diabetin 4 tipi ayırd edilir:

• Mərkəzi şəkərsiz diabet;

• Nefrogen şəkərsiz diabet;

• Dipsogen şəkərsiz diabet;

• Hestasion şəkərsiz diabet

Şəkərsiz diabetin əsas əlaməti poliuriya, yəni sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsində insanda susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır.

Xəstəliyin əlamətlərinə gəlincə, endokrinoloq Gülər Niftəliyeva bildirir ki, şəkərsiz diabetin əsas əlaməti gün ərzində 6-10 litr olmaqla, tez-tez sidiyə çıxma və susuzluğun artmasıdır:

“Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, təyziqin enməsi halları və huşun itməsi müşahidə oluna bilər.

Xəstəliyin diaqnozu sidiyin sutkalıq miqdarının və sıxlığının, Na miqdarının ölçülməsi, qan plazmasında Na, Ca, K miqdarı və ADH (antidiuretik hormon) təyininə əsasən qoyulur. Şəkərsiz diabetin müalicəsi əsas səbəb aradan qalxdıqdan sonra antidiuretik hormonun analoqu ilə aparılır. Preparat oral tablet və ya nazal sprey formasında istifadə olunur”.

Gülər Niftəliyeva həmçinin bildirir ki, belə xəstələrə böyrəklərin yüklənməsinin qarşısını almaq məqsədilə qidalanma zamanı proteinli qidalardan çox istifadə etməmək tövsiyə olunur.

medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 14 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri