Icma.az
close
up
RU
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Şəki, 7 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 7-də Şəki və Zaqatalada keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 8, Zaqatalada isə 4 mərkəz olmaqla, ümumilikdə 12 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1841 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 22 imtahan rəhbəri və 172 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 148 zal ayrılıb.

Zaqatalada keçirilən qəbul imtahanında isə 879 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 82 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 70 zal ayrılıb.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri