Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bir neçə gün əvvəl “Şəki yaylası” istirahət mərkəzində ziplayn tipli kanatda baş vermiş qəzada həlak olan Ucal Bayramovun atası, Azərbaycan Universitetinin müəllimi Asif Bayramov müraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, o, hadisə ilə bağlı sualların cavabsız qaldığını deyib.

“8 sentyabrda “Şəki yaylası” istirahət mərkəzində 27 yaşlı oğlum Ucal Bayramov və 30 yaşlı dostu Coşqun Məmmədov həyatlarını itirdilər.

“Şəki yaylası” deyilən bu “ölüm maşını” özündə çox-çox sirlər gizlədir. Bu sirlər Azərbaycan toplumuna bəlli olduqca, onlar da bu “ölüm maşını”nın necə işlədiyinin şahidi olacaqlar, inşallah. Çünki insan deyilən varlıqda mərhəmət və şəfqət, sevgi və can yanğısı, ləyaqət və urvat… olur. Sərvət, var-dövlət bu duyğuları öldürdükcə insanda harınlıq və tiranlıq baş qaldırır. Və bu tiranlıq hər dəfə toplumdan qurbanlıqlar qoparır. Bu dəfə bu tiranlığın qurbanları Azərbaycanımızın iki gənc övladı oldu. Növbəti qurbanlar kim olacaq? Bu növbədə hər birimiz varıq.

Bu “ölüm maşını” ilə bağlı hadisə şahidlərindən birinin çiliklənmiş və dumanlı yaddaşında ilişib qalan hadisəni dəyərli xalqımızın mühakimə kürsüsünə çıxarmaq istədim.

Evliliyinin bir illiyini öz dostu ilə təntənəli şəkildə qeyd etmək, gənc ömürlərinin xoşbəxt səhifələrinə doyunca sevimli, unudulmaz anlar yazmaq, sonra bu anları gələcək xatirələrində sevə-sevə yaşamaq üçün “Şəki yaylası”na gedən oğlum Ucal, bu susdurulmayan “ölüm maşını”na tuş gəldi. Bu qətl hər iki gəncin doğmalarının, əzizlərinin, dostlarının sinələrinə çalın-çarpaz dağ çəkdi. Mən də ürəklərə dağ çəkən qatilləri qanunun, ədalətin, haqqın dağlayacağı inamı ilə yaşayan o ümidli insanların sırasına qoşuldum”.

A.Bayramov bildirib ki, hadisə zamanı çəkilmiş bəzi görüntülər sonradan silinib. Universitet müəllimi hadisə vaxtı orada olan Ucalın nişanlısının görüntülər lentə aldığını, lakin sonradan müəmmalı şəkildə silindiyini iddia edib: “Faciə ilə nəticələnən o məşum hadisəni özündən xəbərsiz, yalnız gələcəyinin əziz xatirəsinə çevirmək ümidi ilə telefonunun kamerasına köçürən, bu dəhşəti lentə alan şahidlərdən birinin yaddaşına vaxtaşırı dumanlı bir səhnə gəlib gedir. O, zehninin bütün gücünü toparlasa da, həmin dumanlı səhnənin kadrlarını sonacan aydınlaşdıra bilmir. Çünki o həmin anda affekt vəziyyətində, şok halında idi. Həmin anda onun zehni donmuşdu, reallıq onun şüurunda sönmüşdü. Dərdindən qopan nalələr dağların qoynunda əks-səda verib “tanrı” deyə şivən qoparır, iniltisi göylərə fəryad yağışı çiləyirdi. “Haray” deyə tanrıdan imdad diləyirdi. Fəqət yan-yörəsində hayına-harayına çatacaq bir bəndə gözə dəymirdi. Ancaq onun çiliklənmiş yaddaşı bəzən bu dumanlı səhnələr içərisindən bir nəfərin ona yaxınlaşdığını xatırlayır.

– Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkmisənmi?”, - deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız “hə, çəkmişəm” mənasında başımı zorla tərpədə bildim. “Onda telefonunu ver baxım” dedi. Həmin anda keyləşmiş zehnim məni idarə edə bilmirdi. Düşüncələrim, ağlım, huşum məni tərk etmişdi. Göz yaşları içində boğula-boğula var- gücümü toplamağa çalışdım, titrəyən əllərimlə telefonu ona uzatdım. Hər dəfə bu barədə düşünəndə həmin səhnənin kadrları zehnimin dumanları içində gah batır, gah da üzə çıxır, ancaq heç vaxt sonacan aydınlaşmır. Çünki mən nə baş verdiyini anlamaq istəyirəm. Anlamaq istəyirəm ki, mənim göz yaşlarımın torpağı da oda qaladığı həmin anda varlığı ilan kimi soyuq, yırtıcı qədər kəmfürsət olan bu məxluq kim idi və qəfil haradan peyda olmuşdu?

Nişanlımın dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi. Telefonumun yaddaşının beləcə sürətlə təmizlənməsini anlamaq üçün təkrar-təkrar baş verənləri çiliklənmiş huşumda az da olsa, bərpa etmək istəyirəm. Ancaq taleyim kimi indi huşum da da mənə xəyanət edir, heç nəyi geri qaytarmır.

İnsanı qətlə yetirməklə yetinməyərək, insanlığı da qətlə yetirən bu məxluqlar kimlərdi? Düşmənmi? Düşməndirsə, onun adı nədir? Bəlkə harınlıq? Bəlkə sərvət, dövlət? Bəlkə cəzasız qalacağına əminlik? Bəlkə pulun şərəf və ləyaqət duyğusunu gəmirdiyi, parçaladığı reallıq? İlahi, bu qədər qansızlıq, zalımlıq, qana yerikləmə kimdən doğuldu? Bunların dünyaya gətirən hansı mənəviyyatı şikəst, ləyaqəti naqis valideynlərdi? Gəlin, birgə axtaraq, bu qədər vəhşəti doğub törəyən səbəbləri”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri