Icma.az
close
up
RU
“Şəki yaylası”ndakı faciədən sonra nə baş verib? Ucalın atasından ÇOX AÇIQLAMA

“Şəki yaylası”ndakı faciədən sonra nə baş verib? Ucalın atasından ÇOX AÇIQLAMA

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu sözləri “Şəki yaylası” istirahət mərkəzində ziplayn tipli kanatda baş vermiş qəzada həlak olan Ucal Bayramovun atası, Azərbaycan Universitetinin müəllimi Asif Bayramov yaydığı müraciətdə bildirib. 

O, daha sonra yazıb:

“Bu “ölüm maşını” ilə bağlı hadisə şahidlərindən birinin çiliklənmiş və dumanlı yaddaşında ilişib qalan hadisəni dəyərli xalqımızın mühakimə kürsüsünə çıxarmaq istədim.
Evliliyinin bir illiyini öz dostu ilə təntənəli şəkildə qeyd etmək, gənc ömürlərinin xoşbəxt səhifələrinə doyunca sevimli, unudulmaz anlar yazmaq, sonra bu anları gələcək xatirələrində sevə-sevə yaşamaq üçün “Şəki yaylası”na gedən oğlum Ucal, bu susdurulmayan “ölüm maşını”na tuş gəldi. Bu qətl hər iki gəncin doğmalarının, əzizlərinin, dostlarının sinələrinə çalın-çarpaz dağ çəkdi. Mən də ürəklərə dağ çəkən qatilləri qanunun, ədalətin, haqqın dağlayacağı inamı ilə yaşayan o ümidli insanların sırasına qoşuldum. Mən ümidimin arxasında dayanmaq üçün Dövlətimin Haqq Divanına səslənirəm. Sevgisini daim bağrımın başında gəzdirdiyim Ey Ulu DÖVLƏTİM, bizi tiranlardan xilas elə!

Bir şahidin hıçqırtıları

Faciə ilə nəticələnən o məşum hadisəni özündən xəbərsiz, yalnız gələcəyinin əziz xatirəsinə çevirmək ümidi ilə telefonunun kamerasına köçürən, bu dəhşəti lentə alan şahidlərdən birinin yaddaşına vaxtaşırı dumanlı bir səhnə gəlib gedir. O, zehninin bütün gücünü toparlasa da, həmin dumanlı səhnənin kadrlarını sonacan aydınlaşdıra bilmir. Çünki o həmin anda affekt vəziyyətində, şok halında idi. Həmin anda onun zehni donmuşdu, reallıq onun şüurunda sönmüşdü. Dərdindən qopan nalələr dağların qoynunda əks-səda verib “tanrı” deyə şivən qoparır, iniltisi göylərə fəryad yağışı çiləyirdi. “Haray” deyə tanrıdan imdad diləyirdi. Fəqət yan-yörəsində hayına-harayına çatacaq bir bəndə gözə dəymirdi. Ancaq onun çiliklənmiş yaddaşı bəzən bu dumanlı səhnələr içərisindən bir nəfərin ona yaxınlaşdığını xatırlayır.

– Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkmisənmi”- deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız “hə, çəkmişəm” mənasında başımı zorla tərpədə bildim. “Onda telefonunu ver baxım” dedi. Həmin anda keyləşmiş zehnim məni idarə edə bilmirdi. Düşüncələrim, ağlım, huşum məni tərk etmişdi. Göz yaşları içində boğula-boğula var gücümü toplamağa çalışdım, titrəyən əllərimlə telefonu ona uzatdım. Hər dəfə bu barədə düşünəndə həmin səhnənin kadrları zehnimin dumanları içində gah batır, gah da üzə çıxır, ancaq heç vaxt sonacan aydınlaşmır. Çünki mən nə baş verdiyini anlamaq istəyirəm, anlamaq istəyirəm ki, mənim göz yaşlarımın torpağı da oda qaladığı həmin anda varlığı ilan kimi soyuq, yırtıcı qədər kəmfürsət olan bu məxluq kim idi və qəfil haradan peyda olmuşdu?

Nişanlımın dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi. Telefonumun yaddaşının beləcə sürətlə təmizlənməsini anlamaq üçün təkrar-təkrar baş verənləri çiliklənmiş huşumda az da olsa, bərpa etmək istəyirəm. Ancaq taleyim kimi indi huşum da da mənə xəyanət edir, heç nəyi geri qaytarmır.

İnsanı qətlə yetirməklə yetinməyərək, insanlığı da qətlə yetirən bu məxluqlar kimlərdi? Düşmənmi? Düşməndirsə, onun adı nədir? Bəlkə harınlıq? Bəlkə sərvət, dövlət? Bəlkə cəzasız qalacağına əminlik? Bəlkə pulun şərəf və ləyaqət duyğusunu gəmirdiyi, parçaladığı reallıq? İlahi, bu qədər qansızlıq, zalımlıq, qana yerikləmə kimdən doğuldu? Bunların dünyaya gətirən hansı mənəviyyatı şikəst, ləyaqəti naqis valideynlərdi? Gəlin, birgə axtaraq, bu qədər vəhşəti doğub törəyən səbəbləri”.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri