Şəkidə 34 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb YENİLƏNİB
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəkidə 34 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının əri, 1986-cı il təvəllüdlü Həmid Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
13.57
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarınada rayonun Cəyirli kəndində baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Hadisəni törədən şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən Zəhra Əliyeva əslən Mingəçevirdən olan Həsrət Əliyevlə ailə həyatı qurub. Onlar ailə həyatı qurduqdan sonra Zəhranın atası ilə birgə yaşayıblar, iki övladları var.
İlkin məlumata görə, H. Əliyev həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.
Vüqar Heydərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















