Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində baş verib.
Kənd sakinləri - 1994-cü il təvəllüdlü Taryel Məhəmməd oğlu Abdullayev, 1993-cü il təvəllüdlü Billur Məmmədrəsul qızı Abdullayeva, 2019-cu il təvəllüdlü Fərid Taryel oğlu Abdullayev və 2024-cü il təvəllüdlü Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə daxil olublar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xəstəxanada tibbi yardımdan sonra onların vəziyyəti stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.www.anews.az

