Icma.az
close
up
RU
Şəkidə “Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib

Şəkidə “Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (REM) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin birgə təşkilatçılığı ilə “Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Şəki REM-in elmi işlər üzrə direktor müavini Kamil Adışirinov

tədbirin keçirilməsində əsas məqsədin İslam həmrəyliyinin gücləndirilməsi, sülhə çağırış istiqamətində insanların maarifləndirilməsi olduğunu deyib.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov çıxış edərək Azərbaycanda digər dinlərin nümayəndələrinə tolerant münasibətdən, müsəlmanlar arasındakı həmrəylikdən, ortaq dəyərlərdən, dinlərarası dialoqun əhəmiyyətindən danışıb. O, həmçinin BMT-nin və dini liderlərin çağırışları, 1986-cı ildə keçirilmiş Vatikan konfransı, UNESCO layihələri barədə məlumatları diqqətə çatdırıb.

Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi Ələddin Sultanov çıxışında dini radikalizmə, fanatizmə, terrorizmə qarşı mübarizədə tədbirin əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Daha sonra Şəki şəhər mərkəzi Cümə məscidinin imamı Müşfiq Xəlilovun “Bütün dinlər sülhə çağırır” mövzusunda məruzəsi dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri