Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs və sürücü saxlanıldılar
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəkidə həyat yoldaşını qətlə yetirməktdə təqsirləndirilən şəxs, eləcə də onun qaçdığı avtomobilin sürücüsü saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Həmid Nazim oğlu Əliyevin yeri müəyyən edilib, o, tutularaq istintaqa təhvil verilib.
Həmid Əliyevin hadisə yerindən "Toyota " markalı avtomobillə qaçdığı da müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü Elçin Salahov da saxlanılıb.
Hər iki şəxs istintaqa təhvil verilib.
Xatırladaq ki, dünən səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















