Icma.az
close
up
RU
Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Kəndə gəl” yay düşərgəsi çərçivəsində AMEA Folklor İnstitutunun əməkdaşı Cəmilə Novruzova “Kənd folklorunun rəqəmsal mühitdə tanıdılması və qorunmasında müasir texnologiyaların rolu” mövzusunda təqdimatla çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Cəmilə Novruzova kənd folklorunun qorunmasında əsas problemlərdən birinin nəsillərarası ötürülmənin zəifləməsi olduğunu qeyd edib. Kənddən şəhərə miqrasiya, həyat tərzinin dəyişməsi və gənclərin ənənəvi mühitdən uzaqlaşmasının folklorun əvvəlki ötürülmə mexanizmlərinə təsir göstərdiyi bildirilib. Bununla yanaşı, rəqəmsal texnologiyaların folklorun qorunması və daha geniş auditoriyalara çatdırılması üçün yaratdığı imkanlardan bəhs olunub.

Təqdimat zamanı folklor nümunələrinin rəqəmsallaşdırılmasının yalnız mətnin elektron formata keçirilməsi ilə məhdudlaşmadığı vurğulanıb. Folklor nümunəsinin kim tərəfindən danışılması, hansı məkana aid olması, hansı şəraitdə söylənilməsi, ifaçının dialekt xüsusiyyətləri, səs tonu və digər kontekstual məlumatların da sənədləşdirilməsinin vacibliyi qeyd olunub. Çıxışda müasir texnologiyaların, folklor nümunələrinin ilkin sənədləşdirilməsində yaratdığı imkanlardan da bəhs edilib. Bildirilib ki, gənclər kəndlərdə yaşlı nəslin nümayəndələri ilə müsahibələr aparmaqla yerli əfsanələri, rəvayətləri, inancları, mərasimləri, yer adlarını, dialekt sözlərini və digər folklor materiallarını video, audio və foto formatında qeydə alaraq gələcək tədqiqatlar üçün qiymətli rəqəmsal mənbələr formalaşdıra bilərlər. Təqdimatda sosial medianın folklorun yeni təqdimat və kommunikasiya mühiti kimi imkanları da diqqətə çatdırılıb. Folklor nümunələrinin qısa videolar, podkastlar, animasiyalar, infoqrafikalar və interaktiv xəritələr vasitəsilə daha geniş auditoriyaya təqdim edilməsinin mümkünlüyü qeyd olunub. Sosial medianın yalnız folklorun yayılma kanalı deyil, həm də onun yeni formada təqdim və reinterpretasiya olunduğu mühitə çevrildiyi bildirilib.

Cəmilə Novruzova süni intellekt texnologiyalarının folklorşünaslıq üçün yaratdığı imkanlardan danışaraq audio materialların mətnə çevrilməsi, folklor mətnlərinin ilkin qruplaşdırılması, motivlərin müəyyənləşdirilməsi, mətnlərin müqayisəsi və rəqəmsal kataloqların hazırlanması kimi istiqamətlərdə bu texnologiyalardan istifadə imkanlarını diqqətə çatdırıb.

Təqdimatda, həmçinin kənd folklorunun rəqəmsallaşdırılmasının kənd turizminin inkişafına töhfə verə biləcəyi də qeyd olunub. Bildirilib ki, kəndin yalnız təbii gözəllikləri deyil, onun əfsanələri, rəvayətləri, mərasimləri, yerli sənətkarlıq ənənələri və məkan yaddaşı da turistlər üçün maraqlı mədəni resursa çevrilə bilər. Çıxışın sonunda AMEA Folklor İnstitutunun folklor materiallarının toplanması, öyrənilməsi, sənədləşdirilməsi və cəmiyyətə təqdim olunması istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Təqdimat interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və kənd folklorunun rəqəmsal mühitdə qorunması və təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.

Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilir.

Müxbir -Tünzalə Arazlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri