Icma.az
close
up
RU
Şəkidə minifutbol turniri keçirilib FOTO

Şəkidə minifutbol turniri keçirilib FOTO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə yerləşən uşaq evlərinin 9-12 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında UEFA Uşaqlar Fondunun (UEFA Foundation for children) 10 illik yubileyinə həsr olunmuş minifutbol turniri təşkil olunub.
İdman.biz xəbər verir ki, açılış mərasimində çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov belə tədbirlərin uşaqların futbola marağını artırmaq və onların fiziki inkişafını dəstəkləmək baxımından mühüm rol oynadığını vurğulayıb.

Daha sonra AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva çıxışında bu cür layihələrin uşaqların sosial bacarıqlarının inkişafına, onların bərabər imkanlar mühitində özlərini ifadə etmələrinə və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına mühüm töhfə verdiyini bildirib.

“Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu ictimaiyyət arasında idmana marağın artırılması, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi məqsədilə birliyin həyata keçirdiyi layihələrdən danışıb.

Yarışın sonunda qalib komandalar AFFA və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri tərəfindən mükafatlandırılıblar. Eyni zamanda, turnirdə iştirak edən bütün uşaqlara AFFA tərəfindən idman geyimləri və ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, turnirin təşkilində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların fiziki və sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq, sağlam həyat tərzini təşviq etmək, komanda ruhunu gücləndirmək və cəmiyyətə inteqrasiyasını stimullaşdırmaqdır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri