Şəkidə “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində təlimlər keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəki, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində iyunun 23-24-də Şəki şəhər Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri üçün təlimlər təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi nəzəri biliklərin artırılması, eyni zamanda, müxtəlif yaradıcı sahələrdə fəaliyyət göstərən peşəkarlarla faydalı əlaqələrin qurulması imkanının yaradılmasıdır.
İki gün davam edən təlimlər səriştəyə əsaslanan kadr seçimi və yaradıcı vəzifələr üçün effektiv metodlar, xalçaçılığın tarixi və Azərbaycanda inkişaf mərhələləri, mədəniyyət yönümlü liderlik və yaradıcı idarəetmə, innovasiya, sahibkarlıq və digər mövzuları əhatə edib. Təlimlərdə, həmçinin startaplara giriş, rəqəmsal bacarıqlar və texnologiyanın yaradıcı sənayedə rolu, kino - hərəkət və vizual hekayəçiliyin sənəti, yaradıcı sektor üçün praktik yanaşmalar, rənglərin dili və digər mövzular ətrafında da müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















