Şəkidə “Yaşıl dünya üçün“ adlı rəsm müsabiqəsinin qalibləri müəyyənləşib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Şəki, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər Heydər Əliyev Mərkəzinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi “Yaşıl dünya üçün“ adlı rəsm müsabiqəsinə yekun vurulub.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bir ayadək davam edən müsabiqə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 4 sinif kateqoriyası üzrə keçirilib. Müsabiqənin yekun mərhələsinə 100-dək şagirdin mövzu ilə bağlı rəsm əsəri təqdim olunub. Qaliblər münsiflər heyətinin rəyinə əsasən müəyyənləşib və hər kateqoriya üzrə ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
Tədbirdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında milli musiqi nömrələri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















