Icma.az
close
up
RU
“Şəkili Yusif” və dostlarının məhkəməsi davam edir 41 milyonluq qalmaqal

“Şəkili Yusif” və dostlarının məhkəməsi davam edir 41 milyonluq qalmaqal

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış 41 milyon manatdan çox vəsaiti leqallaşdırmaqada ittiham olunan, “Şəkili Yusif” kimi tanınan Yusif Baqiyevin məhkəməsi dekabrın 22-də davam etdirilib. Məhkəmə qarşısına onunla birlikdə daha 3 nəfər çıxarılıb - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibov.

Bizimyol.info xəbər verir ki, dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə keçirilən prosesdə vəkillər vəsatət qaldırıb ki, jurnalistlər zaldan çıxarılsın. Onlar ötən məhkəmə iclasından sonra mediada yazılanlardan narazı qalıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxslərdən Ramin Saadov ifadə verib. O bildirib ki, taksi kimi fəaliyyət göstərib, ona verilən paketləri tapşırılan ünvanlara çatdırıb. O qeyd edib ki, verilən sumkaların içində pul olduğunu bilsə də, məbləğdən xəbəri olmayıb.

Ramin Saadovun sözlərinə görə, həmin paketləri götürüb çatdırmasını Ələddin adlı uzaq qohumu istəyib. Adını çəkdiyi qohumunun tapşırığı ilə bəzi bank kartlarına da pul köçürdüyünü deyən təqsirləndirilən şəxs əlavə edib ki, qumar, mərc oyunları ilə heç bir əlaqəsi olmayıb.

Ramin Ssadov saxlanıldığı gün təzyiqlərə məruz qaldığını da qeyd edib. O bildirib ki, yanvarın 30-da Qubada restoranda yaxınları ilə olub. Həmin vaxt spirtli içki də qəbul edib. Onu qəfildən saxlayıb, sərxoş vəziyyətdə avtomobil idarə etməsi adı ilə Qubada polis şöbəsinə aparıblar. Oradan isə prokurorluq əməkdaşları gəlib, Bakıya gətiriblər. Təqsirləndirilən şəxs bildirib ki, onu elə içkili vəziyyətdə dindiriblər.

Birinci dəfə ondan şahid qismində ifadə alınıb. Həmin vaxt döyüldüyünü deyən Ramin Saadovun sözlərinə görə, üzərindəki xəsarətlərlə əlaqədar vəziyyəti yaxşı olmayıb. Onu təcili yardımla Sabunçu xəstəxanasına aparıblar.

Ona qarşı zorakılıqla əlaqədar Binəqədi rayonunda araşdırma aparıldığını qeyd edən Ramin Saadov bildirib ki, sonra ona şikayətini geri götürməsi üçün təzyiq edilib. O da məcburiyyət qarşısında şikayətini geri götürüb.

Prokuror Tural Yaqubovun vəsatəti əsasında təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadələr elan olunub. O, vəkilinin iştirakı ilə verdiyi ikinci və üçüncü ifadələrində göstərib ki, qohumunun təklifi əsasında mərc oyunları ilə məşğul olan şəxslərdən pul alıb, başqalarına çatdırıb. O, ümumilikdə təxminən 10 milyon pul çatdırdığını ifadəsində qeyd edib. Həmçinin göstərib ki, bəzən 1 milyon, bəzən 300 min və başqa məbləğlərdə pul daşıyıb.

Ramin Saadovun istintaqa ifafəsində göstərilib ki, Yusif Baqiyevi tanımır.

O, istintaqdakı ifadələrində mərc oyunları barədə yazılanları qəbul etməyib.

Vəkili isə Ramin Saadova qarşı zorakılıq məsələsini araşdırmaq üçün Sabunçu tibb mərkəzinə və Binəqədi Rayon Polis İdarəsinə sorğu göndərilməsi, təqsirləndirilən şəxsin telefonunun anten məlumatlarının məhkəməyə təqdim olunmasını istəyib.

Məhkəmə vəsatəti qismən təmin edib. Qərar verilib ki, Sabunçu tibb mərkəzinə və Binəqədi Rayon Polis İdarəsinə sorğu göndərilsin.

Məhkəmə prosesi dekabrın 29-na təxirə salınıb.

Təqsirləndirilən şəxslər “qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək, onlayn qumar oyunları təşkil etməklə gəlir götürməkdə ittiham olunur. İttihama əsasən, müxtəlif bank hesablarından 170 milyon 344 min manat, "M10" hesablarından isə 3 milyon manat olmaqla, ümumilikdə 173 milyon manatdan artıq vəsait köçürülüb.

Yusif Baqiyev ittiham olunduğu onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin puılara Şüvəlan və s. Bakıətrafl qəsəbələrdə, Səbail rayonu da daxil olmaqla , paytaxtın mərkəzində, bölgələrdə çoxsaylı evlər alıb.

Əmlakların üzərinə həbs qoyulub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri