Şəkinin Baş Zəyzid kəndində diqqətçəkən qəbiristanlıq
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən qəbiristanlıq səliqəsi ilə diqqət çəkir.
Baku TV-nin məlumatına görə, 5 mindən artıq sakini olan kənddə 6 il əvvəl salınan bu qəbiristanlıqda bütün məzar daşları kimliyindən asılı olmayaraq eyni ölçüdə qoyulub.
Sakinlər bu nümunəvi qaydanın ənənəyə çevriləcəyini bildirirlər.
"Köhnə qəbiristanlıqda yer məhdud olduğundan kənd sakinləri yığılıb müzakirə apardılar. Yeni qəbiristanlığın ərazisini müəyyənləşdirib bu işə başlamaq istədik və prosesi çox səliqəli şəkildə həyata keçirməyi qərara aldıq. Qəbirləri standart formada ölçüb hazırladıq. Bu nümunə kənd sakinləri tərəfindən müsbət qarşılandı. Bu qayda-qanun hamı tərəfindən bəyənildi və yeni qəbiristanlığın salınmasında bütün sakinlər yaxından iştirak etdilər", - kənd sakinlərindən biri söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 15 Avqust 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















