Icma.az
close
up
RU
Menu

Dövlətçilik tariximizin şanlı salnaməsi

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

“Namaz qılmaq istəyirəm...”

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

Berlin meri türk ola bilər

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

Biznesi sürətlə böyütməyin yolları

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

Səkkiz il prezident oldu, bir gecədə “Ayətullah” Xamenei kim idi?

Səkkiz il prezident oldu, bir gecədə “Ayətullah” Xamenei kim idi?

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən səkkiz ay sonra İran yenidən ABŞ və İsrailin hədəfinə çevrildi. İsrail və ABŞ əsas hədəflərindən birinin İranın ali lideri Əli Xamenei olduğunu açıqladı. Gecə saatlarından ABŞ və İran onun öldürüldüyünü desə də, Tehran bu məlumatı təkzib edərək, Xameneinin “təhlükəsizlikdə” olduğunu bildirdi.

Nəhayət, İsrail onun səhər saatlarında təşkil edilmiş hücumlarda öldüyünü açıqladı. Ardınca ABŞ Prezidenti bu faktı elan etdi.

Donald Tramp onu “tarixin ən pis insanlarından biri” adlandırdı. Bəs İranın ali dini lideri olan Xamenei kimdir və onun hakimiyyət yolu necə başlayıb?

“Qafqazinfo” onilliklərdir İran siyasətində son söz sahibi olan Xameneinin həyat yoluna nəzər salır:

Xomeyni ilə tanışlıq

Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə, əslən təbrizli ailədə anadan olub. Atası ruhani idi və o da atasının yolunu davam etdirərək, gənc yaşlarında dini təhsilə başlayıb. Məşhəd və Nəcəfdə təhsil aldıqdan sonra İranın dini mərkəzi olan Qum şəhərində fəaliyyət göstərib. Burada o, sonradan İran İslam İnqilabına rəhbərlik edəcək Ruhullah Xomeyni ilə tanış olub.

Şah dövründə Xomeyninin ideyalarını yaydığı üçün Xamenei altı dəfə saxlanılıb, işgəncələrə məruz qalıb və siyasi fəaliyyətinə görə təqib olunub.

1979-cu il inqilabı və yüksəliş

1979-cu il həm İran, həm də Xamenei üçün dönüş nöqtəsi oldu. 16 yanvar 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk etdi. 1 fevralda Xomeyni sürgündən Tehrana qayıtdı və 11 fevralda monarxiya devrildi. İran İslam Respublikası elan olundu.

İnqilabdan sonra Xamenei sürətlə hakimiyyət strukturlarında yüksəldi. O, İnqilab Şurasında təmsil olundu, parlament üzvü seçildi, müdafiə nazirinin müavini vəzifəsində çalışdı və İranın ən güclü hərbi-siyasi qurumlarından olan İslam İnqilabı Keşikçiləri Korpusunun formalaşmasında rol oynadı.

Sui-qəsd, prezidentlik və müharibə

1981-ci ildə məsciddə çıxış edərkən Xameneiyə qarşı sui-qəsd törədildi. Partlayış nəticəsində o, ağır yaralandı və sağ qolu iflic oldu. Həmin il prezident və baş nazirin öldürülməsindən sonra keçirilən seçkilərdə Xamenei səslərin böyük çoxluğunu qazanaraq prezident seçildi.

Onun prezidentliyi dövrü səkkiz il davam edən və yüz minlərlə insanın həyatına son qoyan İran-İraq müharibəsi ilə yadda qaldı.

Bir gecədə “Ayətullah” oldu

1989-cu ildə Xomeyninin vəfatından sonra 49 yaşlı Xamenei İranın yeni ali lideri seçildi. Lakin ozamanadək yüksək dini rütbəyə malik deyildi. İslam Respublikasının qanunlarına görə, ali lider yüksək səviyyəli din xadimi olmalı idi. Bu səbəbdən Xamenei qısa müddətdə “Ayətullah” elan olundu və Konstitusiyaya dəyişiklik edildi.

Beləliklə, o, bir gecənin içində həm dini rütbə qazandı, həm də ölkənin ən ali siyasi-dini postuna yüksəldi.

“Müqavimət oxu”

Xameneinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirdi və ABŞ ilə İsrailə qarşı “müqavimət oxu” adlandırılan geosiyasi xətt formalaşdırdı. Bu strategiya çərçivəsində Livanda “Hizbullah”, Yəməndə husilər, İraqda şiə silahlı qrupları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirildi.

Bu siyasətin əsas fiqurlarından biri Qasım Süleymani idi. O, 2020-ci ildə İraqda ABŞ zərbəsi nəticəsində öldürüldü. Xamenei onun dəfn mərasimində şəxsən iştirak edərək namaza rəhbərlik etmişdi.

Nüvə sazişi

İranın Qərblə ən ciddi qarşıdurma mövzusu nüvə proqramı olub. Ağır sanksiyalar fonunda Tehran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşmaya imza atdı. Lakin 2018-ci ildə ABŞ sazişdən çıxdı və gərginlik yenidən artdı.

Məhsa Əmininin ölümündən başlayan etirazlar…

Xameneinin uzunmüddətli hakimiyyəti etirazlarla da müşayiət olunub. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi nümayişlər, 2017 və 2019-cu illərdə iqtisadi çətinliklərə qarşı aksiyalar, eləcə də, 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra geniş vüsət alan etirazlar ölkədə ciddi siyasi sarsıntılar yaratdı. Xamenei bu hadisələrə görə xarici qüvvələri günahlandırdı.

2025-ci il…

2025-ci ildə İran İsrail və ABŞ hücumlarının hədəfi oldu. 12 günlük müharibə zamanı nüvə və hərbi obyektlər vuruldu, nüvə alimləri öldürüldü. ABŞ-nin B-2 bombardmançıları İranın strateji obyektlərini hədəfə aldı. Tehran isə İsrailə raket hücumları ilə cavab verdi.

Onilliklər ərzində hakimiyyətdə olan Əli Xamenei İranın siyasi sistemini formalaşdıran əsas fiqur oldu. Onun həyatı sui-qəsddən sağ çıxmaqdan tutmuş bir gecədə ali dini rütbə qazanmağa və regionun ən təsirli liderlərindən birinə çevrilməyə qədər dramatik dönüşlərlə zəngin oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Mart 2026 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see355

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see331

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see304

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see256

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see253

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see240

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see228

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see227

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see221

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see217

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see215

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see213

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see211

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see211

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see210

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see207

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see193

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see192

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri