“Amerikaya sərt zərbə endirdik” Ayətullah Xamenei
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə güc balansını dəyişdirdiyini bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumlarından sonra bir müddət görünməyən Xamenei, dövlət televiziyasına göndərdiyi video müraciətdə deyib: “İran Silahlı Qüvvələri İsrailin müdafiə sistemini yararaq şəhərləri və hərbi obyektləri vurdu. ABŞ bizə nüvə zərbəsi endirməyə çalışdı, amma ciddi nəticə əldə edə bilmədi”.
O, ABŞ Prezidenti Donald Trampın açıqlamalarına toxunaraq, “İranın təslim olmalı olduğunu deməsi gülüncdür. Biz heç vaxt təslim olmayacağıq”-, deyib.
Xamenei əlavə edib ki, ABŞ-nin bölgədəki hərbi bazasına cavab zərbəsi uğurlu olub və bu, Amerikanın itkilərini artırıb: “Yenidən hücum etsələr, cavablarını alacaqlar”.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 26 İyun 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















