Icma.az
close
up
RU
Səkkiz ildən sonra “Qarabağ” “Kopenhagen” yenidən üz üzə: Pley off un bir addımlığında İN TƏHLİLİ

Səkkiz ildən sonra “Qarabağ” “Kopenhagen” yenidən üz üzə: Pley off un bir addımlığında İN TƏHLİLİ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının qrup mərhələsinin startında ikinci qələbə ağdamlıların top 24-lüyə düşmək arzusuna bir qədər də yaxınlaşmağa imkan yaradacaq.

Belə ki, Bakı bu gün xüsusi futbol axşamına hazırlaşır: “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Azarkeşlər bu gün yenidən “Qarabağ”la “Kopenhagen”in qarşılaşmasını izləmək şansı qazanacaqlar. Xatırladaq ki, bu klublar 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşıblar, o zaman Ağdam klubu o vaxtkı səfər qolları qaydası (ev oyununda 1-0 qələbə, səfərdə 2:1 məğlubiyyət - red) sayəsində ilk dəfə avrokubokların qrup mərhələsinə yüksəlmişdi.

Rəqiblərin Çempionlar Liqasındakı startı fərqli alınıb. “Qarabağ” Lissabonda “Benfika”nı 3:2 hesabı ilə məğlub etdiyi halda, “Kopenhagen” evdə son dəqiqələrdə vurduğu qolun sayəsində “Bayer Leverkuzen”lə 2-2 bərabərə qalıb.

Bu nəticələr Bakıdakı qarşılaşmaya əlavə həyəcan qatır: “Qarabağ” turnirin ritmini tutub, qonaqlar isə sona qədər döyüşərək nəticə əldə etməyi bacardıqlarını sübut ediblər.

“Qarabağ”ın bugünkü heyəti azarkeşlərə yad deyil. Qapı Mateus Koxalskiyə etibar edilib. Müdafiənin mərkəzi Kevin Medina və Sami Mmaeyə, cinahlar isə Bolt və Elvin Cəfərquliyevə tapşırılıb. Yarımmüdafiə Kadi Borges və Zubir olacaq, Leandro Andrade və Aleksey Kaşuk isə bu xəttə dinamiklik qatmağa çalışacaqlar. Hücumda isə “Benfika” ilə oyunda qollardan birinə imza atan Kamilo Duran olacaq.

“Benfika” ilə oyundan sonra Marko Yankoviçin olmaması “Qarabağ” üçün ciddi itki sayıla bilər. Komandada digər zədəli isə hücumçu Nəriman Axundzadədir.

Yakob Nestrupun “Kopenhagen”i güclü yarımmüdafiə və sürətli keçidlər üzərində qurulub. Tomas Delaney və Lukas Leraqer yarımmüdafiəni idarə edir, Viktor Klaesson isə liderlik edir. Qonaqların Məhəmməd Əlyunussi, Elias Aşuri kimi təhlükəli oyunçuları və Rodriqo Uskas kimi vingeri var. Hücumda isə almaniyalı Yussuf Mukokoya diqqət yönəldiləcək.

Bununla belə, danimarkalıların heyətində itkilər də mövcuddur: Andreas Kornelius, Maqnus Mattsson və Conatan Moalem oyun üçün hazır deyil.

Statistika da “Kopenhagen”in xeyrinə deyil – Çempionlar Liqasının son 20 səfər matçında komanda yalnız iki dəfə qalib gəlib.

Oyunun ssenarisi gərgin görünür: “Qarabağ” tempi diktə etməyə və cinahlardan oynamağa çalışacaq. “Kopenhagen” isə mərkəzdə topa nəzarət etməyə, sürətli hücumlar qurmağa və standart vəziyyətlərdən faydalanmağa çalışacaq.

Meydan sahibləri üçün əsas vəzifə top itkisi zamanı nizam-intizamı qorumaq, Kadi və Zubir vasitəsilə presinqdən çıxmaq olacaq.

Əgər “Qarabağ” ardıcıl ikinci oyununda qalib gələrsə, xallarını 6-ya çatdıracaq və ilk 24-lüyə düşmək şansını reallığa çevirəcək. Çempionlar Liqasının yeni formatında bu, pley-off mərhələsinə çıxmaq arzularını gerçəkləşdirmək üçün real fürsət yaradır.

Beləliklə, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda yaddaqalan qarşılaşma gözlənilir. Qurban Qurbanovun komandası pley-offa vəsiqə qazanmaq yolunda vacib addım ata bilər.

Teymur Tuşiyev

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri