Səkkiz NATO ölkəsindən Trampa sərt cavab: Qrenlandiya ilə bağlı hədələr qəbuledilməzdir
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə qarşı yeni gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri transatlantik əlaqələrə zərbə vurur və gərginliyin artmasına (eskalasiyaya) səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçin birgə bəyanatında deyilir.
Sənədi Almaniya hökumətinin mətbuat xidməti yayıb.
"Biz Danimarka Krallığı və Qrenlandiya əhalisi ilə tam həmrəyliyimizi ifadə edirik. Ötən həftə başlayan prosesə istinad edərək, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa başlamağa hazırıq. Biz bu prinsipləri qətiyyətlə müdafiə edirik", - deyə sənəddə vurğulanıb.
Bəyanatda qeyd olunub ki, rüsumların tətbiqi ilə bağlı hədələr münasibətləri pozmaqla yanaşı, ciddi risklər daşıyır:
"Biz bundan sonra da vahid cəbhə kimi və razılaşdırılmış şəkildə cavab verəcəyik. Suverenliyimizi qorumaqda qərarlıyıq".
Sənəddə həmçinin Arktikada təhlükəsizliyin təmin edilməsinin NATO-nun ümumi vəzifəsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Danimarkanın koordinatorluğu ilə keçirilən "Arctic Endurance" təlimləri heç bir tərəf üçün təhlükə törətmir.
Xatırladaq ki, daha əvvəl D.Tramp ABŞ-nin Qrenlandiyanı "tam və birdəfəlik əldə etməsi" barədə razılaşma əldə olunana qədər adıçəkilən səkkiz ölkədən 10% həcmində idxal rüsumu tutulacağını bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Yanvar 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















