Sel, daşqın, dolu və qar gözlənilir! Qarşıdakı 5 günə diqqət!
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Bakıda və Abşeron yarımadasında noyabrın 5-dən 9-dək fasilələrlə yağış yağacağı, ölkə ərazisində isə qeyri-sabit hava şəraitinin hökm sürəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Noyabrın 5-i axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Pepperoni pizza
Noyabrın 5-i günün ikinci yarısından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək. Ölkənin əksər ərazilərində fasilələrlə yağıntı gözlənilir. Bəzi yerlərdə yağış leysan xarakterli və intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək. Dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Bildirilir ki, noyabrın 5-i axşam və 6-sı gecə yağıntılar bir qədər güclənəcək.
Yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.
Aytac Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















